header

 Gürcüstanda Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud mərasimi keçirilib - FOTO

Gürcüstanda Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə mərasimlər keçirilməsi nəzərdə tutulub.

İslamazeri.com xəbər verir ki, dünən ilk tədbir Marneuli rayonunun Alget kəndində yerləşən “Mahmudoğlu” şadlıq sarayında BGMİnin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə mərasim şəkilində keçirilib.


Xanımların iştirak etdiyi mərasimdə Qurani-Kərimin tilavətindən sonra Hz. Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından söhbətlər edilib.

Çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və din müəllimələri Cənnət xanımı “Hz. Zəhranın (s.ə) simasında İslamda ailə mədəniyyəti” və “nümunəvi qadın” mövzularında ətraflı məlumatlar veriblər.


Bayram süfrəsi ətrafında təşkil olunan mərasimdə məddah Səid Həsən ilahilər oxuyaraq,  şeir və qəzəllər deyib.

Sonda xanımlar arasında viktorina əşkil olunub, qaliblərə, həmçinin Fatimə və Zəhra adlarını daşıyıcılarına hədiyyələr təqdim olunub.

Qonaqlara jurnal, təqvim və posterlər verilib.

Gürcüstanda Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə mərasimlər keçirilməsi nəzərdə tutulub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap