header

 AİP Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan İslam Partiyası Məhəmməd Peyğəmbərin (s) qızı, İmamlar anası, Yaradanın xanımlığa nümunəsi və bəşəriyyətə hədiyyəsi olan xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibətilə Azərbaycan xanımlarını təbrik edir.

İslaminSesi.info xəbər verir ki, sabah martın 9-u həzrət Fatimeyi-Zəhranın (s.ə) mövlud günüdür. 

               

Azərbaycan İslam Partiyası peyğəmbərin (s) qızı, İmamlar Anası, Yaradanın xanımlığa nümunəsi və bəşəriyyətə hədiyyəsi olan Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibətilə Azərbaycan xanımlarını təbrik edir.

 

Təbrikdə deyilir:

 

 “Əziz analar, bacılar, möminə xanımlar! Sizləri İslam aləmində ən əzəmətli günlərdən biri, bəşərin ən şərafətli bayramı xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

 

İslam aləmində xanımlar bayramı kimi qeyd olunan həzrəti Fatimənin doğum günü bütün dünya müsəlmanlarının rəsmi bayramıdır. Bu günü müsəlman xalqları Analar günü kimi qeyd edirlər. Çünki həzrət Fatimə (s.ə) ilk növbədə gözəl övlad, nəzakətli, iffətli, ismətli qız, sədaqətdə, ləyaqətdə və dəyanətdə tayı-bərabəri olmayan həyat yoldaşı, qayğıkeş, mehriban tərbiyəçi, hər kəsə nümunə olacaq qədər cazibəyə sahib müqəddəs qadın, bəşəriyyətin xilası və nicatı səviyyəsinə qalxan övlad irsinə malik xoşbəxt anadır.

 

Unutmaq olmaz ki, Fatimeyi-Zəhra (s.ə)-ın dünyaya gələcəyi xəbərini ilk dəfə əziz Peyğəmbərimizə (s) Cəbrayıl (ə) xəbər verərək pak və gül kimi bir qızın dünyaya gələcəyini, bütün məsum və İmamların (ə) onun nəslindən olacağını demişdi. Həzrətin sonrakı həyatı və fəaliyyəti göstərdi ki, həqiqətən də qadınlığa, analığa, insanlığa məxsus bütün nümunəvi cəhətlər və bəşəri dəyərlər xanım Fatimədə (s.ə) cəmləşmişdir.

 

Çox istərdik ki, müsəlman qadınların və ümumən İslam dünyasının həqiqi və heç zaman unudulmaz, həyatımıza gözəllik, paklığ və bərəkət gətirən bu mübarək bayramı həzrəti Fatimənin (s.ə) mövludu gününü İslam dünyasının bir parçası olan doğma Azərbaycanımızda da rəsmi şəkildə, ümumxalq bayramı kimi qeyd edək.

 

Ölkəmizin bütün xanımlarını qadınların zinəti, fəzilətlisi, ən gözəl nümunə, iffət və ismət mücəssəməsi, cənnət ətirli Fatimeyi-Zəhra (s.ə)-in dögum günü münasibətilə bir daha təbrik edir, həyatınıza və ailələrinizə O həzrətin şəfqətli nurundan bəhrələnməyi və şəfaət tapmağı Allahdan diləyirəm.

 

 BAYRAMINIZ MABARƏK, ƏZİZ XANIMLAR!”

 

                                                                       Azərbaycan İslam Partiyasının sədr əvəzi

                                                                       Hacı İlham Əliyev  

Azərbaycan İslam Partiyası Məhəmməd Peyğəmbərin (s) qızı, İmamlar anası, Yaradanın xanımlığa nümunəsi və bəşəriyyətə hədiyyəsi olan xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibətilə Azərbaycan xanımlarını təbrik edir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap