header

 Şeyx Zəkzəki: “Onlar öz işlərini edirlər, biz də öz işlərimizi”

Hərəkatın sıralarına sızmaq və qan tökülməsi üçün bəzi agentlərə xüsusi tapşırıq verilib

Nigeriyadakı İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki təhlükəsizlik agentlərinin işlərinə mane olmayacaqlarını deyib.
 
Şeyx Zəkzəki İslam Hərəkatına qarşı planlaşdırılan hücumlar barədə danışarkən belə deyib: “Onlar öz işlərini görürlər, biz də öz işlərimizi”.
 
Şeyx açıqlamasında, bir neçə il bundan əvvəl Beyrut hava limanında həbs edilmədən əvvəl Nigeriyaya gələn tanınmış bir terrorçunun həbsinə toxunub. Hökumətin bu barədə sükut etdiyini bildirən Şeyx Zəkzəki, terrorçunun ölkədəki şiə cəmiyyətinə qarşı Amerika, İsrail rejimi və Səudiyyənin birgə layihəsi çərçivəsində mübarizə aparmaq üçün gəldiyini açıqladığını söyləyib.
 
Şeyx Zəkzəki hərəkatın sıralarına sızmaq və qan tökülməsi üçün bəzi agentlərə xüsusi tapşırıq da verildiyini bildirib: “Mən səkkiz nəfərin hər birinin N25m ilə saziş bağlaması barədə sizə xəbər vermişdim. İndi qarşımda daha aydın bir mənzərə var”.
 
O, Təkcə Sokotoda yeddi, Kano və Katsinada hər birində üç, Niger və Cosun hər birində bir agentin fəaliyyət göstərməsi barədə məlumat verib.(deyerler.org)
Hərəkatın sıralarına sızmaq və qan tökülməsi üçün bəzi agentlərə xüsusi tapşırıq verilib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap