header

 Həzrət Fatimeyi Zəhra (s.ə) dünya qadınları üçün daima ən üstün nümunə olacaqdır - Ruhani

İran İslam Respublikasının prezidenti Həsən Ruhani İranın Mədəni İnqilabı Ali Şurasının iclasında Xanım Fatimeyi Zəhradan (s.ə) danışıb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası prezidenti çərşənbə axşamı İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın(s.ə.s) əziz qızı xanım Fatimənin(s) səadətli mövlud günü və İranda qadın və analar günü münasibətilə İranın Mədəni İnqilabı Ali Şurasının iclasında danışıb.

"Həzrət Fatimə(s) həmişəlik olaraq dünya qadınları üçün ən üstün nümunə olcaq.", -deyə İran prezidenti qeyd edib.

"İslam və peyğəmbər ailəsinin təlimlərində qadınlar üçün ali məqam və dərəcə nəzərdə tutulub. Və İranda İslam İnqilabının qələbə çalmasından ötən 40 ildə bu prinsiplərə və təlimlərə əsasən daim qadınların hüquqlarına diqqət göstərilib.", -deyə Həsən Ruhani əlavə edib. 

 Həsən Ruhani sözlərinin davamında  İran İslam Respublikasının dahi memarı İmam Xomeyni(rə)-in təvəllüdünün Xanım Fatimənin(s) mövlud gününə təsadüf etməsinə işarə edərək deyib: "mam Xomeyni(rə) ali şəxsiyyətə malik idi. O həzrət İslama həmçinin, İran xalqının müstəqilliyi və izzətinə böyük xidmətlər ediblər." 

Qeyd edək ki, 1439-cu hicri qəməri ili Cəmadiüssani ayının 20-si, 9 mart 2018-ci il Xanım Fatimənin(s) mövlud günüdür. Bu gün İran İslam Respublikası təqvimində "qadın və analar günü" adlandırılıb. 

İran İslam Respublikasının prezidenti Həsən Ruhani İranın Mədəni İnqilabı Ali Şurasının iclasında Xanım Fatimeyi Zəhradan (s.ə) danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap