header

 Azərbaycanda terror planlaşdıran vəhhabilər DTX tərəfindən belə məhv edildilər

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyənləşdirilib

Martın 6-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xaçmaz rayonunda dini ekstremistləri zərəsizləşdirdiyini bildirib. 

Bu barədə DTX-nın yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, xüsusi xidmət orqanı tərəfindən beynəlxalq terror təşkilatının tabeçiliyində olan Sabir Məmmədov və digərlərindən ibarət "Xaçmaz camaatı" adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirildiyi bildirlir. 2018-ci il martın 6-da cinayətkar birliyin üzvlərindən - Sabir Məmmədov və Tərlan Səlimovun Xaçmaz rayonu ərazisində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncular təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov və T.Səlimov məhv ediliblər", - məlumatda bildirilir.

Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb, cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir. (Turan)

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyənləşdirilib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap