header

 Ramin Bayramov: "Həzrəti Zəhranın (s.ə) doğum gününü qadınlar, analar günü kimi qeyd edirlər"

"8 mart beynəlxalq qadınlar bayramı"qadına verilmiş bir rüşvətdir. Vəhşi kapitalizm qadını öncə istismar etmiş, sonra da susması üçün ona "pay" vermişdir.

"8 mart beynəlxalq qadınlar bayramı"qadına verilmiş bir rüşvətdir. Vəhşi kapitalizm qadını öncə istismar etmiş, sonra da susması üçün ona "pay" vermişdir. Sübut istəyən 1857-ci ilin 8 martında Nyu-Yorkda baş verənlərə baxsın.
Qadınlara xas bir gün icad edərək dünyada onları ayrı bir kateqoriya halına gətirmək, qadını insanlıq içərisindən ayırıb başqa bir kateqoriya kimi təqdim etmək modern yanaşma üsuludur. Bu zövq hərisliyi və dəyərsizləşməyə dayanan modernizmin qadını şəhvət obyekti halına gətirmək mərhələsinin bir parçasıdır. Bu, müasir terminlərin arxasında gizlənərək qadın prizmasından İslamı zədələmək istəyənlərin əsas hədəfləridir. Quran isə qadına "cinsiyyət" deyil "insiyyət" (insanlıq) mərkəzli bir dillə yanaşır. Qarşılıqlı hüquq və vəzifələrinin olduğunu xatırladır. “Kişinin qadın üzərində haqları olduğu kimi, qadının da kişi üzərində haqları vardır” deyir. Savab əməllərə veriləcək mükafatın bildirildiyi bir ayədə “İstər qadın olsun, istər kişi fərq etməz” deyilir və “siz bir birinizdənsiniz” əlavə olunur. Ərəbcəsində badukum min bad şəklində gələn ifadə “ancaq bir araya gələrkən mükəmməl olan iki parçanın birinin digərindən üstünlüyünü rədd edən bir ifadədir. 

Xülasə, bildiyimiz kimi qarşıda 8 mart beynəlxalq qadınlar bayramı kimi qeyd olunan tarix gəlir. Artıq illərdir ki, bu bayramın İslama zidd olduğunu din alimləri diqqətə çatdırmağa çalışır. Ziddir ona görə ki, tarixə nəzər salsaq bu bayramın kökü gedib qadına şiddətə söykənir. Bu barədə bir çox dəlil sübutlar olmasına baxmayaraq, məlumatsız insanlar göstərilən tarixi hələ də bayram kimi qeyd etməyə davam edirlər. Bəs görəsən adıçəkilən gün barədə İslam başqa nə deyir?

Bu barədə suallarımızı "İslamazeri.com" saytının baş redaktoru Ramin Bayramova ünvanladıq.

Red: Ramin bəy bildiyimiz qədəriylə siz həm də ibadət əhlisiniz.  Bu günə kimi dində qadına olan münasibət haqqında nə öyrənmisiniz? İslamda qadının dəyəri haqqında nə deyə bilərsiniz?

"İlk öncə müsahibə üçün mənə müraciət etdiyiniz üçün sizə təşəkkür edirəm. İslamda qadının dəyərinə açıqlama verməli olsaq, Quran və hədislərə baxmaq kifayət edər. Bəqərə surəsində Allah Təala buyur ki, "Onlar sizin, siz də onların libasısınız… Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da kişilər üzərində hüquqları Peyğəmbərinin qadınları kişilərə əmanət olaraq təqdim etməsi, həmçinin "cənnət anaların ayaqları altındadır" hədisi qadınların İslam istəyən cəmiyyətin əsas qəhrəmanları kimi bizlərə tanıdır. İslamın ilk dövründə İslam Peyğəmbərinin (s) yanında Həzrəti Xədicə olduğu kimi, Vilayət Şahı - Həzrət Əlinin (ə) də yanında Həzrəti Zəhra (s.ə) var. Kərbəlada şər güclərlə, haqqın üz-üzə durdğu anlarda da, Kərbəla Şahı - Həzrəti Hüseynin (ə) şəhadətindən sonra da, Kərbəla-Aşura mesajlarının, İmam Hüseynin (ə), Muhəmmədi İslam missiyasının bizlərə çatdırılmasında Xanım Zeynəbin (s.ə) rolunu görürük. Bir sözlə, İslam, qadın və kişi arasında fərq qoymadan onları bir birini tamamlayan varlıqlar kimi Allahın ən dəyərli xilqəti hesab edir, dünya və axirətin qazanılması üçün bir-birinin yanında durmalı olduğunu bizlərə başa salır. Şəhidləri dünyaya gətirən və tərbiyə edən məhz qadınlar -analarımızdır. Əlbəttə ki, İslam hər kəsi bərabər yaratsa da, üstünlükdə təqvanı şərt bildiyi üçün, qadınların ən təqvalısını ən dəyərli sayır. Yəni Allah qadınlarda təqvanı görmək istəyir. Məhz belə bir qadın Allah yanında dəyərli və İslamın istədiyi xanım sayılır".

Red: Bildiyimiz kimi dünyada qadınlar günü kimi 8 mart tarixi qeyd edilir. Bəs bu bayram haqqında nə bilirsiniz? Sizcə müsəlmanların bu günü qeyd etməsi doğrudurmu?

"8 marta baxır hansı prizmadan baxacağıq. Təbii ki, bu günün bizim nə tariximizlə, nə mədəniyyətimizlə, nə də ki dinimizlə əlaqəsi yoxdur. Diqqətlə baxsaq bu gün - kommunizm idealarında yaradılmış bir bayramdır ki, sonradan bunu təkcə komunistlər yox bəzi kapitalist ölkələr də qəbul etmişlər. İlk olaraq 8 mart beynəlxalq işçi qadınlar günü olaraq anılmağa başlayıb. SSRİ tərkibində olan ölkələrlə yanaşı, 1975-77-ci illər arasında bu BMT tərəfindən qadın hüquqları və sülh günü kimi qeydə alınıb. Azərbaycanda da bu, SSRİ-nin dağılmasından sonra da, bu günə qədər bayram olaraq qəbul olunur. Müsəlmanların bu bayramı keçirib keçirməməsini müsəlmanların özünə buraxmaq lazımdır. Yəni onsuzda müsəlmanlar bu günü deyil, Həzrəti Zəhranın (s.ə) doğum gününü qadınlar, analar günü kimi qeyd edirlər. Amma əlbəttə ki, bu günə qarşı da təkfirçilər kimi insanların üstünə getməyi doğru bilmirəm. Çünki, insanlara "yox"u da, "hə"ni də mülayim formada çatdırmaq lazımdır. Belə günləri bəzən eyş-işrət, içki, gecə klubu və hətta narkotik maddələrin istifadə edildiyi məclislər kimi keçirənlər də var. Təbii bu cür əxlaqsızlıq, mənəviyyata zidd məclislərin bizim milli-mənəvi dəyərlərimizlə, fitrətimizə zidd olduğu üçün qəbuledilməzdir".

Red: Müsəlman olaraq dindar xanımlara hansı günü xanımlar bayramı kimi qeyd etmək daha məqsəduyğun olar?

Müsəlman xanımlar, yuxarıda qeyd etdiyim kimi Həzrəti Zəhra (s.ə), Xanım Zeynəb (s.ə) və digər Əhlibeyt xanımlarının doğum günlərini onsuzda özlərinə bayram edirlər. Çünki, sosialistlər klaraları özlərinə nümunə seçirlərsə, müsəlman xanımlar özlərinə adlarını yuxarıda qeyd etdiyim xanımları özlərinə nümunə seçmişlər.

 Red:Son olaraq bir çox dindar xanımlar 8 martı özləri üçün bayram günü kimi qeyd etmir. Bunu müəyyən səbəblərlə əlaqələndirirlər. Lakin dindar xanımların bu düşüncəsi qeyri dindar insanlar tərəfindən birmənalı qarşılanmır, onlara qarşı tənqid hətta təəssüflər olsun ki, bəzən təhqirə də yol verilir. Həmin insanlara tövsiyələriniz nə olar?

"Bilirsiz, dinimiz kamildir. Hər şeyə cavab verir. Lakin bəzən dindar adı ilə dini tam qavramayanlar, bəzən ifrat və ya təfritə yol verirlər. Odur ki, bayram etməyən evində etməsin, mövludları sevinsin, Allahın bəyəndiyi günləri bayram etsin, imkanı dərəcəsində bu bayramları yaysın. Lakin bu kimi bayramlara qarşı sərt etiraz etsə, bunun əks cavabını görəcəkdir. Cəmiyyətdə, xüsusilə sosial şəbəkələrdə parçalanmalara səbəb olan şeylərin təbliğinə - məsələn: miladi yeni il vaxtı "şaxta babanın üstündən xətt çəkilməsi" kimi şeyləri paylaşımlarını faydalı hesab etmirəm. İslamımızı gözəl öyrənib, gözəlliyini insanlara çatdırmaq hamımızın vəzifəsidir.

Fürsətdən istifadə edib, Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə bütün müsəlman xanımları təbrik edirəm"!

Hazırladı Xatun Etibarqızı

Hədəf14.az üçün 

"8 mart beynəlxalq qadınlar bayramı"qadına verilmiş bir rüşvətdir. Vəhşi kapitalizm qadını öncə istismar etmiş, sonra da susması üçün ona "pay" vermişdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap