header

 Şəmxani: İranın müdafiə qabiliyyətinin gücləndirilməsi, önləyicilik siyasəti istiqamətindədir

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi İran İslam Respublikasının müdafiə qabiliyyətinin xüsusiylə raket sahəsində daha da gücləndirilməsinin önləyicilik siyasəti istiqamətində qaçılmaz zərurət olduğunu bildirib.

Əli Şəmxani bu gün Tehranda Fransanın XİN rəhbəri Jan İyu Le Drian ilə börüşündə deyib: İranın müdafiə qabiliyyəti heç bir ölkəyə qarşı təhdid deyil və onun siyasi amillərdən təsir almadan inkişaf etdirilməsi, ölkənin təhlükəsizlik sahəsindəki ehtiyacları və potensial təhdidlərdən asılıdır. 

Şəmxani İranın İraq və Suriyada terrorizm ilə həqiqi mübarizə  istiqamətindəki səylərinə toxunaraq deyib: İranın terrorzim ilə çox xərcli olan mübarizəsi olmasaydı bu böhran eləcə də destabillik Avropa o sıradan da Fransaya yayıla bilərdi. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İran İslam Respublikasının düşməni olan terrorçu qrupların Fransa da sərbəst fəaliyyətinə toxunaraq deyib: Fransanın bu ölkədə fəaliyyət göstərən və minlərlə günahsız iranlının terrorunda əli olmuş terrorçu qrup ilə qarşılaşmaması Fransanın terrorizm ilə mübarizə üzrə beynəlxalq öhdəliyinə ziddir. 

Şəmxani həmçinin Əhatəli Müştərək Təşəbbüs Proqramında avropalı tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərin tam icrasını tezləşdirməli olduqlarını vurğulayaraq deyib: Avropanın ABŞ-ın ƏMTP-də saxlamaq üçün ona imtiyaz vermək siyasəti düzgün deyil və Donald Trampın psixi oyunu qarşısında təslim olmaq deməkdir. 

İranlı rəsmi bəzi Avropa ölkələrinin Yəmən barədə hazırladığı qətnamənin ilkin mətninin məyus edici və qərb ölkələrinin Yəməndəki soyqırımına və insan haqlarının kobud şəkildə pozulmasına göz yummalarının nişanəsi olduğunu deyib. 

Bu görüşdə Fransanın xarici işlər naziri Jan İv Le Drian İranın ƏMTP-yə ciddi yanaşmasını və öz öhdəliklərini tam yerinə yetirməsini yüksək qiymətləndirərək deyib: Fransa nüvə razılaşmasına qol çəkən tərəflərin öz öhdəliklərini tam yerinə yetirməli olduqlarını vurğulayaraq Amerikanın mövqelərinin bu büynəlxalq razılaşmanı sarsıtması qənaətindədir və onun əlehinədir. 

Le Drian Fransa və digər Avropa ölkələri tərəfindən İranla bank əlaqələrini asanlaşdırmaq məqsədiilə həyata keçən təşəbbüslərə toxunaraq deyib: Yaxın zamanlarda İran ilə Fransa arasında maliyyə və bank əlaqələrində ciddi irəliləyişlər olacaq. 

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi İran İslam Respublikasının müdafiə qabiliyyətinin xüsusiylə raket sahəsində daha da gücləndirilməsinin önləyicilik siyasəti istiqamətində qaçılmaz zərurət olduğunu bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap