header

 Bəşər Əsəd ABŞ-ın vəhabi terrorçulara dəstəyindən, Afrindəki könüllülərdən danışdı - ƏTRAFLI

Suriyanın prezidenti Bəşər Əsəd ABŞ və Qərbin vəhabi terror qruplaşmalarına etdiyi dəstəkdən, həmçinin Afrin ətrafında baş verən məsələlərdən danışıb

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya Prezidenti Bəşər Əsəd bəyan edib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD, "Nusra Cəbhəsi" və digər terrorçuları dəstəkləyir.


"Qərb koalisiyası İŞİD üçün (yaradılmış) hərbi hava qüvvələridir. Sözügedən koalisiya İŞİD, "Nusra Cəbhəsi" və digər bunlara bənzər terror qruplaşmalarını dəstəkləyir.", - deyə o əlavə edib.


Suriyalı lider əlavə edib ki, Qərb ölkələri Suriya ordusuna zərbə endirmək üçün kimyəvi silahdan istifadə mövzusunu əldə bayraq edirlər.


"Kimyəvi silah mövzusu Qərbin yalan lüğətinin terminlərindən birinə çevrilib. Bu, adətən Suriya ordusuna hava zərbələri endirmək üçün bahənə kimi istifadə edilən şantajlardır.", - deyə o qeyd edib.


Əsəd həmçinin söz verib ki, terrorçuların son qalalarından biri olan Şərqi Qutada terrorçulara qarşı keçirilən əməliyyat davam edəcək, çünki paytaxtın yaxınlığındakı bu ərazinin sakinlərinin əksəriyyəti terrorçulardan qurtulmaq istəyir.

Suriya Prezidenti Bəşər Əsəd Afrinlə bağlı da danışıb. O bildirib ki, nə qədər ki, Suriya ordusu digər cəbhələrdə məşğuldur, könüllü xalq qoşunlarının Afrinə gəlməsi təbiidir.


"Xaricdən aqressiyanın olduğu bir zamanda, könüllü xalq qoşunlarının Afrinə yeridilməsi təbiidir və Suriya ordusunun digər cəbhələrdə terrorçulara qarşı döyüşdüyü bir zamanda cəmiyyətin müxtəlif təmsilçilərinin bir araya gəlməsi də normaldır.", - deyə Əsəd qeyd edib.


Xatırladaq ki, fevral ayının sonunda Suriyanın "SANA" dövlət agentliyi Afrin bölgəsinə yeni könüllü dəstələrin gəlməsi haqda xəbər vermişdi. Adıçəkilən bölgədə Türkiyə ordusu kürd silahlılarına qarşı əməliyyat keçirir.


Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvar ayının 20-si "Zeytun budağı" adlı əməliyyatın başladılması haqda elan edib. Türkiyə ilə yanaşı bu əməliyyatda "Azad Suriya Ordusunun" da silahlıları iştirak edir.


Rəsmi Dəməşq isə Türkiyənin Afrindəki hərəkətlərini pisləyərək, qeyd edib ki, bu ərazilər Suriyanın ayrılmaz parçasıdır. Rəsmi Moskva Afrindəki vəziyyətlə bağlı tərəfləri təmkinliliyə və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa səsləyib.

Suriyanın prezidenti Bəşər Əsəd ABŞ və Qərbin vəhabi terror qruplaşmalarına etdiyi dəstəkdən, həmçinin Afrin ətrafında baş verən məsələlərdən danışıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap