header

 Səudiyyənin Pakistanda vəhhabiliyə qoyduğu dəhşətli sərmayələr

Bir ölkədə 2 milyon təkfirçi tələbə və 35 min vəhhabi elm ocağı – dəhşətli statistika

İslaminSesi.info Hawzahnews-a istinadən bildirir ki, sosioloq, ədəbiyyatçı, Yaxın Şərq üzrə mütəxəssis, bir çox siyasi və mədəni fəaliyyətləri olmuş, Pakistan dövlət universitetinin professoru Raşid Abbas Nəqəvi vəhhabi əqidəsinə məxsus təkfirçilərin Pakistandakı fəaliyyəti haqqında dəhşətli açıqlamalar verib.

 

Doktor Raşid Abbas bildirib:

 

“Hazırda Pakistanda böyük təkfirçi vahabi ocaqları vardır. İki milyona qədər vəhabi-təkfirçi tələbə və 34 min bu əqidəyə bağlı elm ocağı və tədris məkanları vardır. Hətta Pakistan hökumətinin məlumatına görə, Divan bölgəsində elm mərkəzində bu tip məktəblərin sayı 120 mindən çoxdur. Bu statistikadan Səudiyyə Ərəbistanının Pakistandakı fəaliyyəti tam aydın olur. Hazırada bu kimi insanlar Pakistan içtimayətində üstünlük təşkil edir, həmçinin siyasi və əqidəvi  faliyyətlərdə böyük nüfuza sahibdirlər.

Neçə illərdir ki, Pakistan höküməti artıq onların əlindən yorulub. Artıq Diwanda elm mərkəzinin yetirmələrinin əlindən yorulan Pakistan höküməti 2-3 ildir ki, Əfqanistan-Pakistan sərhədlərində onlara qarşı əməliyyatlar aparır. Bu əməliyyatlar sayəsində onların silahlı müqavimətləri və “cihad” əzmi qırılıb, pərakəndə vəziyətə gətiriliblər. Buna baxmayaraq onların elmi və mədəni fəaliyyəti davam edir, əvvəlki kimi hələ də fəaliyyətlərinə davam edirlər.

Həmçinin Pakistanda güclü Səudiyyə Ərəbistanı lobbisi fəaliyyət göstərir və Amerika da Ərəbistanın bu lobbisindən geniş istifadə edir.

Mənim nəzərimcə bu kimi qruplar güc baxımından zəiflədilib, lakin elmi-mədəni təbliğat və fəaliyyət baxımından Pakistan içtimayətində çox böyük nüfuza sahibdirlər.” deyə professor Raşid Abbas Nəqəvi Pakistanın gələcəyi haqda xəbərdarlıq edib.

Bir ölkədə 2 milyon təkfirçi tələbə və 35 min vəhhabi elm ocağı – dəhşətli statistika
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap