header

 İranın Türkiyədəki səfirindən Səlahəddin Özgündüzə ziyarət - FOTO

İran İslam Respublikasının Türkiyədəki səfiri Türkiyə Şiələrinin lideri Şeyx Səlahəddin Özgündüzün ziyarətinə gəlib

İslamazeri.com xəbər verir ki, İran İslam Respublikasının Türkiyədəki səfiri Muhəmməd İbrahim Taherian Türkiyə Şiələrinin lideri Şeyx Səlahəddin Özgündüzün ziyarətinə gəlib.

Bir neçə gün öncə, bununla bağlı danışan Özgündüz İran və Türkiyə arasında yaxılaşmağın vacibliyini qeyd etmişdi.

Görüş zamanı Suriyanın suverenliyi, İran və Türkiyə arasındakı əlaqələr, Yaxın Şərq məsələləri və İslam Ümmətinin vəhdət və birliyi haqqında baş verən problemlərlə bağlı müzakirə olunub.

Səfir Taherian Özgündüzə "Bölgədə vəhdət və birlik üçün etdiyiniz işlər,  mövqeyiniz və fikirləriniz üçün sizə təşəkkür edirəm", -deyə bildirib.
Özgündüz də İran səfirinin ziyarətinə görə, təşəkkür edərək "Türkiyə və İranın əlaqələri üçün etdiyi xidmətə görə sizi təbrik edirəm", - deyə qeyd edib.
Zeynəbiyənin kitabxanasında keçirilən görüşdə İran İslam Respublikasının İstanbul konsulluğunun Mədəniyyət ataşesi Abu Rza Raşidi, Zeynəbiyə dərnəyinin sədr müavini Həsən Gökçə v Səfər Çapar, Cəfərider-in baş katibi Qasim Nas, CABİR üzvü Hüseyn Çaça da iştirak ediblər.

İran İslam Respublikasının Türkiyədəki səfiri Türkiyə Şiələrinin lideri Şeyx Səlahəddin Özgündüzün ziyarətinə gəlib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap