header

 Ərdəbilin İmam-cüməsindən işğalçı Ermənistana tərs şapalaq

Seyid Həsən Amili Beynəlxalq Qarabağ Forumunun fəxri üzvü oldu; Ərdəbil Dövlət Universiteti də Forumda iştirak qərarını verdi

Xütbələrində mütəmadi olaraq Azərbaycan torpaqlarının Ermənistanın işğalda olmasını lənətləyən, Qarabağın işğalı ilə bağlı vaxtaşırı kəskin bəyanaylarla çıxış edən, hətta savaş başlayarsa, müqəddəs ərazilərimiz uğrunda döyüşməyə hazır olan Ərdəbilin İmam-cüməsi Seyid Həsən Amili Beynəlxalq Qarabağ Forumuna fəxri üzv seçilib. Ərdəbil Universitetində təşkil olunan Forumda din xadiminin bununla bağlı təsisçilərə etdiyi müraciətinə baxılıb və müsbət cavab verilib.

Musavat.com-un Forumda iştirak edən əməkdaşı xəbər verir ki, Seyid Həsən Amilinin bu istəyi tədbir iştirakçıları tərəfindən məmnunluqla qarşılanıb. İmam-cümənin terroru, işğalı lənətləyən və buna qarşı fəaliyyət göstərən bir qurumda təmsilçiliklə bağlı şəxsən təşəbbüs göstərməsi elə həmin gün Ermənistan mediasında nüfuzlu azərbaycanlı din xadiminə qarşı şər-böhtan xarakterli materialların, həmçinin onun guya Azərbaycanın dövlət maraqları əleyhinə fikirlər səsləndirdiyi barədə düşmənin iddialarına tutarlı cavab kimi qiymətləndirilib.

Hətta bundan dərhal sonra söz alan Ərdəbil Universitetinin rektoru (rəisi) professor Qudərz Sadiqi bildirib ki, onlar da Beynəlxalq Qarabağ Forumunda təmsil olunmaq istəyirlər. Ərdəbil Dövlət Universitetinin Foruma kollektiv üzv olmaq üçün elə tədbirin gedişindəcə etdiyi müraciət çox müsbət qarşılanıb və yekdilliklə qəbul olunub. Forumda Universitetin səlahiyyətli nümayəndəsi doktor Əsədi olacaq.

Yeri gəlmişkən, Ərdəbildəki tədbirdə QAT sədri Akif Nağının təklifindən sonra tədbir iştirakçıları İşğala və Terrora Qarşı Beynəlxalq Forumunun adının dəyişdirilərək Beynəlxalq Qarabağ Forumu adlandırılmasına yekdilliklə razı olublar.

Qeyd edək ki, Ərdəbil Universitetində keçirilmiş Forum və Qarabağ konfransı barədə geniş reportajımız olacaq.

Elşad PAŞASOY,

Musavat.com

Seyid Həsən Amili Beynəlxalq Qarabağ Forumunun fəxri üzvü oldu; Ərdəbil Dövlət Universiteti də Forumda iştirak qərarını verdi
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap