header

 Sionist rejimin 17 nəfərdən ibarət bir heyəti Bəhreynə gedib

Bəhreyinli heyətin işğal olunmuş Fələstin ərazilərinə səfərindən sonra Amerikanın öz səfirliyini Beytül-Müqəddəsə köçürmək ərəfəsində olması ilə eyni zamanda sionistlərdən ibarət heyət Manamaya səfər edib.

Mediaların verdiyi xəbərə görə, bu heyətin rəhbəri ərəb və sionist münasibətlərinin normallaşmasının hamisi amerikalı xaxam Mark Şnayerdir. 

Amerikalı xaxam çıxışında Ali-Xəlifənin İsraillə münasibətləri genişləndirmək barədəki fikrini alqışlayaraq deyib: “Bəhreyn şahı İsrailin güclənməsini istəyir. Mən onun bu mövqeini alqışlayıram.”

Xaxam əlavə edib: “Bəhreyn şahı Hizbullahın Fars körfəzi ölkələri tərəfindən terrorçu qruu kimi tanınmasına çoxlu səylər göstərdi. Bəhreyn dövləti İsraillə diplomatik münasibətlər quran ilk (ərəb) ölkə ola bilər.”
İranı terrorçuluqda ittiham edən xaxam anti-İran mövqeinə görə də Ali-Xəlifəyə minnətdarlığını bildirib.

Qeyd edək ki, son vaxtlar Bəhreynin müsəlmanlara xəyanəti daha aşkar şəkildə görünməkdə və İsrail-Bəhreyn arasında gediş-gəlişlər intensivləşməkdədir.
Bəhreyinli heyətin işğal olunmuş Fələstin ərazilərinə səfərindən sonra Amerikanın öz səfirliyini Beytül-Müqəddəsə köçürmək ərəfəsində olması ilə eyni zamanda sionistlərdən ibarət heyət Manamaya səfər edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap