header

 Kitab yazıldı; "...İsrail tərəfindən həyata keçirilən gizli sui-qəsdlərin hekayəsi" - ƏTRAFLI

İsrailli jurnalist İsrailin Mossad Kəşfiyyat İdarəsinin törədikləri sui-qəsd və qətllərlə bağlı kitab nəşr edib

İslamazeri.com xəbər verir ki, İsrailli jurnalist Ronen Berqman İsrailin Mossad Kəşfiyyat İdarəsinin törədikləri sui-qəsd və qətllərlə bağlı kitab dərc edib. "İlk addımı sən at və əvvəlcə sən öldür: İsrail tərəfindən həyata keçirilən gizli sui-qəsdlərin hekayəsi" adlı ibranicədən ingilis dilinə tərcümə olunub.

Kitabda İsrailin xüsusi xidmət orqanı olan Mossad tərəfindən həyata keçirilən sui-qəsdlər, qətllər və gizli əməliyyatlar qələmə alınıb.

Jurnalist uzun müddətə yazdığı bu kitabdan öncə, 6 Mossad şefi və Ehud Barak, Ehud Olmert və Benyamin Netanyahu kimi sionist rejimdə nazir və rəsmi  olan 100 nəfərlə görüşdükdən sonra bu məlumatlar toplusunu yazıb.

Kitabda 500-ə yaxın sui-qəsd zamanı 3000-ə yaxın şəxsin öldürüldüyü önə çəkilir. Lakin Berqmanın kitabı haqqında araşdırma aparan "Fələstin İnformasiya Mərkəzi"ndəki İsrail mövzusundakı mütəxəssis araşdırmaçı (adı açıqlanmır) kitabda həddən artıq şişirtmələrə yol verildiyini, o cümlədən Mossadı güclü göstərildiyini bildirib.

Sionist hərbi qurumlarının sadə məsələlərdə uğursuzluqlarına işarə edən, mütəxəssis, fələstinli müqavimətçilərə qarşı törədilən sui-qəsdlərin bir çoxunun uğursuz olduğunu qeyd edib.

Berqman Almaniyanın "Der Spiegel" qəzetinə verdiyi müsahibədə 2000-2005-ci illər ərzində "ikinci intifada" dövründə, İsrailin xüsusi xidmət orqanlarının HƏMAS-a qarşı sui-qəsdlər zamanı, çox sayda günahsız insanın öldürüldüyünə diqqət çəkərək, İsrailin, həmçinin Mossadın Abdul Qamal Nasir, Yasir Ərəfat, Səddam Hüseyn və Mahmud Əhmədinejad kimi şəxslərə qarşı beynəlxalq qanunlara əməl olunmamasının lazım olduğunu bildirir (red: yənu bu şəxslərə sui-qəsd edilməliydi). 

"Yedihot Ahronot" qəzetinin müxbiri Berqman kitabında, qeyri-adi sui-qəsdlərdən söz açır. Kitabda adını açıqlamasada, bir şəxsin zəhərli diş pastası ilə öldürülməsindən danışır. Berqman İranın nüvə fəaliyyətilə məşğul olan mütəxəssis və alimlərinə qarşı sui-qəsdlərdən də bəhs edir. İsrail İranın bu iddialarına münasibət bildirməsə də, bu cür mütəxəssisin bu kitabındakı İranla bağlı sui-qəsd mövzuları İranın ittihamlarını təsdiqləmiş sayılır. Jurnalist, kitabında həmçinin, Mossadı "Sui -qəsd fabriki" kimi də qələmə verir.

Xatırladaq ki, İsrailli yazar İsrailin törətdiyi bu kimi cinayətlərinə qarşı olduğunu göstərir və 750 səhifəlik kitabını da ABŞ-da nəşr edib. 

Ronen Berqman kimdir?

1972-ci ildə Xayfada Kiryat Bilyayik adlı şəhərcikdə dünyaya gəlib. İlk ali təhsilini "Xayfa" universitetində alıb. "Kembric" universitetində özünün doktorluq disertasiyasını Mossad xüsusi xidmət orqanı haqqında müdafiə edib. Ordu, hüquq və kəşfiyyat sahəsində araşdırmalara malik bir mütəxəssis sayılır. O, "The New York Times",  "Wall Street Journal", "Foreign Affairs",  "Newsweek", "The Times", "The Guardian", "Allgemeine Zeitung",  "Sueddeutsche Zeitung" kimi nüfuzlu dünya qəzetləri və jurnalları üçün yazıb. Ərəb və fars dillərində mükəmməl danışır və akademik səviyyədə araşdırmalara malikdir. Yeddiyə yaxın kitabın müəllifidir və İranla bağlı xüsusi araşdırmalara malikdir və İran haqqında "İranla gizli müharibə" kitabının müəllifidir.

 

İsrail mediasının yaydığı Mossad-ın bəzi sui-qəsd və terror siyahısı:

İyul 1972- Livan. Həsən Fazey Kanafani  - "FXC"lideri öldürülüb.

Oktyabr 1972  - İtaliya. Əbdül Vail Zuayter "Fələstin Azadlıq Təşkilatı"nın Romadakı təmsiçisi öldürülüb.

Yanvar 1973 - Fransa. Bazil Qubayşi "Fələstin Azadlıq Təşkilatı"nın rəsmisi öldürülüb.

Yanvar 1973 - Fransa. "Fələstin Azadlıq Təşkilatı"nın təmsilçisi Mahmud Hamşari öldürülüb

Yanvar 1973 - Kipr. Huseyn Əbul-Hair - fələstinli tanınmış şəxs öldürülüb.

Aprel 1973 - Livan. "Fələstin Azadlıq Təşkilatı"nın 3 lideri; Yusuf Nacar, Kamal Aduan və Kamal Nasir öldürülüblər.

Aprel 1973 - Kipr. Musa Əbu Zeyd - FAT təmsilçisi

1973 - Norveç. Əli Həsən Salameyə qarşı uğursuz sui-qəsd

1973 - Fransa. Muhammad Budia fələstinli komandir öldürülüb.

1979 - Livan. Əli həsən Salamey öldürülüb.

İyul 1979 - Fransa. Zuxeyr Muhsin FXC-nin üzvü öldürülüb.

Aprel 1988 - Tunis. Ərəfatın müavini Xəlil Əl-Vəzir öldürülüb.

Fevral 1992- Livan. "Hizbullah" lideri Seyid Abbad Musəviyə qarşı sui-qəsd.

Oktyabr 1995 - Malta. "İslami Cihad" lideri Fəthi Şikakiyə qarşı sui -qəsd.

Yanvar 1996 - Qəzza. HƏMAS-ın tanınmış mühəndisi Yəhya Ayaş öldürülüb.

Sentyabr 1997 - İordaniya. HƏMAS lidei Xalid Məşələ qarşı uğursuz sui-qəsd.

İyul 2001 - Şxem HƏMAS rəsmisi Salah Dərvaz öldürülüb.

İyul 2001- Şxem. HƏMAS üzvü Camal Mansur öldürülüb.

Avqust 2001- Ramalla. Fələstin Azadlıq Cəbhəsinin lideri Əbu Əli Mustafa öldürülüb.

Noyabr 2001. Şxem. İzzəddin Əl Qəssam-ın lideri Mahmud Əbu Hanud öldürülüb.

Yanvar 2002- Tul-karim. "Əl Əqsa" briqadasının lideri Rayed Karmi öldürülüb.

İyul 2002- Qəzza. HƏMAS rəsmisi Salah Şəhadə.

Sentyabr 2002 - Qəzza. HƏMAS rəsmisi Məhəmməd Deyfə qarşı uğursuz sui - qəsd

Noyabr 2002 - Cənin. "İslammi Cihad" rəsmisi İyad Savalha öldürülüb.

2003 - HƏMAS-a 4 sui-qəsd- ikisi uğursuz.

Mart 2004 - Qəzza. HƏMASın ruhani lideri Şeyx Əhməd Yasinə qarşı sui-qəsd.

Aprel 2004. Qəzza. HƏMAS-ın lideri Əbdülzəziz Rantisi öldürülüb.

Sentyabr 2004 - Dəməşq. HƏMAS-ın ideoloqu Şeyx İzzəddin Sübhi Əl Xəlilə qarşı sui-qəsd.

Dekabr 2005- Qəzza. "Xalq müqavimət komitə"sinin lideri Məhəmməd Ərkab öldürülüb.

2006- Qəzzada "Xalq Müqavimət komitəsi"nin lideri Xəlil Əl Kuka öldürülüb. İmad Azaliyə yenə bu "XMK" üzvü Qəzzada öldürülüb.

2006-da yuxarıdakı yazdığımızdan əlavə 3 fəlsətin müqavimət liderləri Dahduh, Səmxadan və Məhəmməd Deyf öldürülüblər.

Yanvar 2009 - Qəzzada bir din xadimi öldürülüb. Nizar Rayan HƏMAS-ı müdafiə etdiyi üçün hədəfə alınıb.

Yanvar 2009 - Qəzza. HƏMAS-ın DİN-nin rəhbəri Said Siyam öldürülüb.

May 2009 - Hevron. HƏMAS rəsmisi Əbdül Məcid Dudun 14 ildən sonra öldürülüb.

Yanvar 2010 - Dubay. HƏMAS rəsmisi Mahmud əl Mabhuh öldürülüb.

İyul 2010 - Qəzza. HƏMAS rəsmisi İsa Bətran öldürülüb.

Avqust 2011. Qəzza "Xalq Müqavimət Komitə"lərinin baş katibi Kamal Neyrab öldürülüb.

Mart 2012. Qəzza.  "Xalq Müqavimət Komitə"lərinin baş katibi Züheyr Qeysi öldürülüb.

Noyabr 2012. Qəzza. "İzzəddin Əl Qəssam"ın baş katibi Əhməd Cabiri öldürülüb.

Avqust 2014. Qəzza. HƏMAS komandirləri Rəəd Əl Atar, Məhəmməd Əbu Şamle və Məhəmməd Bərhum öldürülüb.

Fevral. 2016. Sofiya. Fələstinli lider Ömər Naif Həsən Zaid öldürülüb.

Dekabr 2016. Tunis. HƏMAS-ın mühəndis və təyyarələrlə bağlı mütəxəssisi Məhəmməd Əz-Zauari öldürülüb.

 

Qeyd  edək ki, İsrailin Mossad xüsusi xidmət orqanı "Hizbullah" lideri İmad Muğniyə və oğlu Cihad Muğniyəyə qarşı törədilən hücumları qəbul etmədiyindən, siyahıya salmayıb. Lakin Livan Hizbullahı hər iki hücumda İsrailin əli olduğunu bildirir. 

Onu da qeyd edək ki, İsrailin hücumları zamanı çox sayda mülkü vətəndaş da qətlə yetirilmişdir.

İsrailli jurnalist İsrailin Mossad Kəşfiyyat İdarəsinin törədikləri sui-qəsd və qətllərlə bağlı kitab nəşr edib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap