header

 İraqçı: İran əleyhinə qətnamənin təsdiqində ABŞ-ın məğlubiyyəti İslam Respublikasının iqtidarını əks etdirir

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: ABŞ-ın İran əleyhinə qətnamənin təsdiqlənməsində məğlubiyyətlə üzləşməsi İslam Respublikasının iqtidarını əks etdirir.

Seyid Abbas İraqçı çərşənbə axşamı günü jurnalistlərə verdiyi açıqlamada deyib: Ötən bir il ərzində ABŞ bir neçə dəfə çalışıb ki, İranı bir daha BMT Təhlükəsizlik Şurasına çəksin, amma hər dəfə uğursuz olub. Bu isə beynəlxalq səhnədə amerikalıların təcrid olunduğunu və İran İslam Respublikasının iqtidarını göstərir.

İraqçı əlavə edib: Təhlükəsizlik Şurasında Yəmən komitəsinin işçi qrupunun hesabatının tənzimlənməsində ittihamların qərəzli olması tamamilə aydın idi və bu komitənin üzvləri İranın sözlərini dinləmək və araşdırmaq üçün Tehrana səfər etmədən hakimlik etmişdilər.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini bildirib: İslam Respublikası regionda İranın mənafeyini təmin edəcək formada öz siyasətlərini davam etdirir.

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: ABŞ-ın İran əleyhinə qətnamənin təsdiqlənməsində məğlubiyyətlə üzləşməsi İslam Respublikasının iqtidarını əks etdirir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap