header

 Xocalı soyqırımı münasibətilə Ərdəbildə “İslam, barış mahnısı” beynəlxalq konfransı

“İslam, barış mahnısı” beynəlxalq konfransının katibi: “İslam, barış mahnısı konfransı İran, Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan ziyalılarının iştirakı ilə fevralın 28-də Ərdəbildə keçiriləcək.”

Konfransın katibi Mehdi Mirzəməhəmmədi bu barədə jurnalistlərə açıqlama verərək deyib: “Xocalı soyqırımı mövzusunda keçiriləcək “İslam, barış mahnısı” beynəlxalq konfransı İran, Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan ziyalılarının və Vəliyyi-fəqihin nümayəndəsi, Ərdəbilin imam cüməsi həzrət Ayətullah Seyid Həsən Amilinin iştirakı ilə Mühəqqiq Ərdəbili Universitetinin evsahibliyi ilə keçiriləcək.”

Mehdi Mirzəməhəmmədi daha sonra deyib: “İslam, barış mahnısı konfransı Azərbaycan Mədəniyyət Araşdırmaları Mərkəzinin təşəbbüsü ilə baş tutur. Konfrans 1992-ci il 26 fevralda baş vermiş Xocalı soyqırımını əsas tutmaqla ekstremizmlə mübarizəyə həsr olunur.”

Konfransın katibi əlavə edib: “613 nəfər günahsız insanın qətliam edildiyi Xocalı faciəsi 1992-ci ildə baş verib. Bu hadisədən illər keçsə də onun acısı azalmayıb və bu barədə bir çox açılmamış sözlər vardır, onun pərdəsi arxasında gizlənmiş əllər hələ də tam aşkar edilərək rüsvay olunmayıb.”

Mirzəməhəmmədi açıqlamasının davamında deyib: “Təəssüflər olsun ki, İran İslam Respublikasının Azərbaycan Respublikasının və Qarabağın azərilərinə hərtərəfli dəstəyinə baxmayaraq imperializm və sionizm rejimi bu dəstəklərin zəif olduğunu göstərməyə çalışır. Konfransda bu günə kimi gizli qalmış bir sıra məsələlər açıqlanacaq.”

Bu kimi konfransların keçirilməsini dünya müsəlman azərilərini dəstəkləmək istiqamətində mühüm adlandıran katib deyib: “Belə konfransların təşkil olunması dünya müsəlman azərilərinin hüquqlarının tanınmasına, bəzi zülmkar və qazanc ardınca olanların onların haqlarını asanlıqla tapdaya bilməmlərinə səbəb olur.”

“İslam, barış mahnısı” beynəlxalq konfransının katibi: “İslam, barış mahnısı konfransı İran, Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan ziyalılarının iştirakı ilə fevralın 28-də Ərdəbildə keçiriləcək.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap