header

 Ayətullah Amili: Sionist rejimi Azərbaycanın ən həssas mərkəzlərinə nüfuz edib - VİDEO

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində deyib: Son günlərdə Amerika dövləti və İsrail ölkəmizin qüdrətli nüfuzu və əzəməti qarşısında son dərəcədə zillətə düşüb, beynəlxalq konfranslarda dəmir hamballarına çevrilib. Amerikanın BMT-dəki nümayəndəsi iclasa bir dəmir parçası gətirərək, onun Yəməndən Riyaza atılmış raketin bir hissəsi olduğunu iddia etdi. Bu həftə də İsrail Münhen Təhlükəsizlik Konfransına bir dəmir parçası aparmışdı və onun İran PUA-sının bir parçası olduğunu deyirdi.


Tashaio.com
xəbər verir ki, Ayətullah Seyid Həsən Amili əlavə edib: “ Bu düşmənçilik hərəkətində onlar bir neçə cəhətdən daha çox rüsvay olur. Birincisi, yalan danışlamları baxımından. Çünki BMT açıq-aşkar elan etdi ki, İrandan Yəmənə silah göndərmək hüç cür mümkün deyil. İkincisi, bu silah parçasının hansı ölkəyə məxsus olması o parça ilə sübuta yetmir. Bunu mütəxəssislər, peyk radarları və müasir texnologiya vasitəsilə ayırd etmək mümkündür. Necə ki, İran bir neçə il bundan əvvəl elmi yolla Azərbaycana sübut etdi ki, İsrailin casus PUA-sı Lənkərandan qalxmışdır və Nətənz səmasında İranın hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilmişdir.

Üçüncüsü, bu məsələ Amerika və İsrailin acizliyini, zillətini və bacarıqsızlığını göstərir. Onlar özlərinin bütün məqsədlərində məğlubiyyətlə üzləşdilər. Öz məğlubiyyətlərinin üstünü örtmək üçün belə bəhanə gətirmək istəyirlər ki, qarşımızda dayananlar husilər və fələstinli silahlılar deyil, məsələni idarə edən İrandır.

Dördüncüsü, onların bu kimi işləri ilə beynəlxalq aləmdə, xüsusilə də İslam dünyasında İranın şəni fövqəladə şəkildə yuxarı qalxır. Çünki İslam aləmi Amerika, İsrail, Ərəbistan və bir sıra ərəb ölkələrinin qeyrətsiz başçılarına qarşı nifrətlə doludur. Hal-hazırda müsəlmanlar İslamın siyasi dövləti kimi yalnız İranı görürlər.

Ərdəbilin imam cüməsi daha sonra deyib: “İslam ümməti bu şantajlar qarşısında küfr başçılarından soruşur: Ərəbistana tərəf atılan bir raketə görə bu qədər narahat olan sizlər,  Ərəbistanın hər gün Yəmənin məzlum xalqının başına onlarla bomba tökməsinə, Yəmən əhalisini dəhşətli dərəcədə mühasirədə saxlamasına qarşı min gün ərzində nə üçün susmusuniz? İsrail üzərində bir naməlum dronun uçmasına həssas olan sizlər, nə üçün İsrailin fələstinliləri 70 il boyunca qətliam etməsinə, Qəzzəni böyük zindana çevirməsi qarşısında sükut etmisiniz?”

Ərdəbil əhalisinin Ekspertlər Məclisində nümayəndəsi son günlər Amerikanın hay-küy salmasına işarə edərək deyib: “Bütün bu hiddət və İrana qarşı təxribatçı addımlar onların regionda uğursuzluğu üzündəndir.”

İslam ölkələri başçılarından bəzilərinin sionist rejimi dəstəkləməsinə toxunan xətib deyib: “İsrail öz neft və qaz ehtiyacını ödəməkdən əlavə, bu mənbələr vasitəsilə çoxlu gəlir əldə edir. İsrailin neft və qaz mənbələri yoxdur. Bütün bunlar Azərbaycanın neft və qazından təmin edilir. Azərbaycanın neft və qazı İsrailə ötürülür, İsrail onlar vasitəsilə öz maliyyə ehtiyaclarını ödəməkdən və gəlir əldə etməkdən əlavə, onları oda çevirərək fələstinlilərin başına yağdırır.”

Həzrət Ayətullah Amili Misir və sionist rejim arasında qaz alqı-satqısı barədə müqaviləyə toxunaraq deyib: “Bu müqavilədən əldə edilən gəlir fələstinlilərin əleyhinə istifadə olunacaq. Bu, Sisinin Fələstinə qarşı çox böyük xəyanətidir. İsrailin Misirə satdığı qaz isə Azərbaycanındır və Hayfa vasitəsilə köçürülür. Hal-hazırda İsrailin qalıq yanacaqlara olan ehtiyacının 60 faizini Azərbayacan təmin edir. İsrail Azərbaycanın qərar qəbul edən ən həssas mərkəzlərinə nüfuz etmişdir. Bu nüfuz o həddə çatıb ki, son vaxtlar İsrail Azərbaycanı özünün ikinci evi adlandırdı və dedi ki, heç yerdə Azərbaycanda olduğu kimi özünü əmin-amanlıqda hiss etmir.”

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində deyib: Son günlərdə Amerika dövləti və İsrail ölkəmizin qüdrətli nüfuzu və əzəməti qarşısında son dərəcədə zillətə düşüb, beynəlxalq konfranslarda dəmir hamballarına çevrilib. Amerikanın BMT-dəki nümayəndəsi iclasa bir dəmir parçası gətirərək, onun Yəməndən Riyaza atılmış raketin bir hissəsi olduğunu iddia etdi. Bu həftə də İsrail Münhen Təhlükəsizlik Konfransına bir dəmir parçası aparmışdı və onun İran PUA-sının bir parçası olduğunu deyirdi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap