header

 Ruhani: İran regionda demokratiya baxımından öndə gedir

İran İslam Respublikası prezidenti İran xalqının sivilizasiyalar yetişdirdiyini və regionda demokratiya sahəsində öncül olduğunu deyib.

İİR Prezident Administrasiyasının internet portalının verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün 31-ci beynəlxalq Xarəzmi festivalının yekun mərasimində etdiyi çıxışında böyük İranın tarix boyu sivilizasiya, elm və alimlik mənşəyi olduğunu xatırladaraq deyib: Universitet daima siyasi-ictimayi prosseslərdə əsas rola malik olmuşdur. 

Ruhani Xarəzmi festivalının qalibləri və elm adamları toplusunda olduğundan məmnunluq ifadə edərək deyib: İran islamdan öncə və sonra elm istehsalı və bəşər sivilizasiyiasının yaranması və yetişməsində dəyərli rola malik olmuşdur. 

İran İslam Respublikası prezidenti deyib: İslamdan öncə iranlı alimlər, sənətkarlar və memarlar o dövrün böyük sivilizasiyaları olan Misir, Çin və Yunan sivilizasiyaları ilə rəqabət edə biləcək bir sivilizasiya yaradaraq İranı yüksək təfəkkürə, proqrama, elmi mərkəzlərə və elmi inkişaf mexanizminə malik olan bir ölkəyə çevirmişdilər.  

İran İslam Respublikası prezidenti İran xalqının sivilizasiyalar yetişdirdiyini və regionda demokratiya sahəsində öncül olduğunu deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap