header

 Amnesty İnternational-dan Fransaya Səud rejiminə silah satmaması üçün xəbərdarlıq

Amnesty İnternstional təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Fransanın bu ölkələrə silah satışını dayandırmasına çağırıb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənə qarşı cinayətlərinin geniş vüsət aldığını nəzərə alaraq Amnesty İnterational  təşkilatının ("Beynəlxalq Əfv Təşkilatı") silahlı toqquşmalar bölməsinin rəhbəri Fransanın bu ölkələrə silah satışını dayandırmasına çağırıb.

Əl-Cəzirə telekanalı bildirib ki, Beynəlxalq Amnistiya Təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Nina Valş deyib: Fransanın silah satdığı ölkələr arasında Səudiyyə Ərəbistanı ikinci, BƏƏ isə altıncı yerdə durur və bu ölkələrə silah satışının dayandırılması böyük zərurət daşıyır. 

Valş həmçinin Yəmənə qarşı hərbi cinayətlərdə Amerika, Britaniya və Braziliya silahlarından istifadə barədə həyata keçirilmiş araşdırmaların nəticələrini təsdiqləyib.  Qeyd edək ki, bu təşkilatın Qərbi Asiya Hissəsi Direktoru Leyn Malev də ötən il bəyanat verərək "Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi sonuncu cinayət haqqında təcili bir araşdırma aparılmalıdır. Səudiyyə Ərəbistanının etdikləri beynəlxalq qanunlara zidd və insan hüquqlarının pozulması deməkdir.", -deyə qeyd etmiş və Səud rejiminin hərbi cinayət etdiyini təsdiqləmişdi.

Amnesty İnternstional təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Fransanın bu ölkələrə silah satışını dayandırmasına çağırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap