header

 Bakı aeroportunda İsrail vətəndaşından avtomat güllələri tapıldı; İşə konsul qarışdı...

Bakının "Heydər Əliyev" Hava lİmanında İsrail vətəndaşı olan qadın saxlanılıb

İslamazeri.com xəbər verir ki, Bakının "Heydər Əliyev" Hava Limanında İsrail vətəndaşı olan qadın saxlanılıb. Bu haqda İsrail mediası məlumat yayıb. Məlumata görə, adı açıqlanmayan qadının çantasından bir neçə avtomat gülləsi aşkar edilib və o polis tərəfindən saxlanılıb.

Qadın isə, bunu belə izah edb ki, onun qızı İsrail Ordusunun hərbçisidir və çantasındakı güllələr qıza məxsus olub; "Bakıya gələrkən qızımızın çantasını götürdüyündən, çantanın içindəkilər haqqında məlumatı olmayıb". Bu açıqlamaları onun həyat yoldaşı bildirib.

"Həyat yoldaşımı məhkəməyə qədər burada saxlamaq istəyirlər. Məhkəmə isə bir neçə ay davam edə bilər.  Onlar bizi sərbəst buraxmaq istəmirlər. Konsul gəlmişdi, ancaq onlar yenə də bizi buraxmaq istəmirlər. Biz bilmirik nə edək?", - deyə saxlanılan qadının həyat yoldaşı əlavə edib.

Qeyd edək ki, bu cür fakt birinci deyil. İsraildən gələn və üzərlərində silah-sursat daşıyanlar saxlanılarkən onlar da, orduda xidmət etdiklərini bəhanə gətirirlər.

Maraqlı tərəf isə budur ki, Təl-Əvivin "Ben Qurion" Hava Limanı dünyanın ən ciddi təhlükəsizliyi təmin olunan aeroportlarının siyahısına daxil edildiyi halda, necə olur qadın çantasında silah-sursatı başqa ölkəyə apara bilir? 

Onu da qeyd edək ki, Azərbaycan Cinayət məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, nə DSX-nin, nə də Gömrük Komitəsinin rəsmi saytlarında bununla bağlı məlumat verilməyib.

Bakının "Heydər Əliyev" Hava lİmanında İsrail vətəndaşı olan qadın saxlanılıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap