header

 Şeyx Zəkzaki tərəfdarlarına zülm edən Nigeriya rejimi "Boko Haram" qarşısında səssiz: 111 qız şagird qaçırıldı...

Nigeriya rejiminin ölkənin sülhsevər və xalqı təkfirçi-quldurluq ieologiyasından uzaq saxlayan Şeyx Zəkzaki və tərəfdarlarına zülmü davam edərkən

Nigeriya rejiminin ölkənin sülhsevər və xalqı təkfirçi-quldurluq ieologiyasından uzaq saxlayan Şeyx Zəkzaki və tərəfdarlarına zülmü davam edərkən terrorçu və quldur - "Boko Haram" qruplaşmasının cinayətləri qarşısında səssiz və zəif görünür. Belə ki, "Boko Haram" ölkənin şimalında rahat şəkildə məktəbə basqın edərək 111 qız uşağını qaçırıb.

İslamazeri.com-un "saharareporters"ə istinadən verdiyi xəbərə görə, "Boko Haram" ölkənin şimalında Yobe əyalətinin Dapçi bölgəsində rahat şəkildə məktəbə basqın edərək 111 qız uşağını qaçırıb. Nigeriyanın İnformasiya naziri Lai Mohammadın məsələ ilə bağlı verdiyi açıqlamaya görə, Nigeriya Dövlət başçısı Muhammedu Baharinin olayı araşdırmaq üçün Daxili və Müdafiə nazirlərini bu bölgəyə göndərib.

Bölgənin polis rəisi Abdulmaliki Sumoni çərşənbə günü "Boko Haram" qruplaşmasının Dapçi bölgəsindən qız şagirdlərin qaçırmasını təsdiq etməsədə, sonradan xəbərlər təsdiqlənib. Polisin məsələni mediaya düzgün çatdırmadığına görə, hazırda 111, 100 və 50 şagirdin qaçırılmasıyla bağlı fərqli xəbərlər yayılıb.

Boko Haram- Camaat’u Əhlus-Sünnə lid-Da’va vəl Cihad - Nigeriyanın vəhhabiyönlü sektası. 2002-ci ildə Nigeriyanın şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb. Boko Haram müsəlmanların qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq, qadağan edir. Boko Haram Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini hesab edir. Qrupun rəsmi adı "Camaatu Əhlis Sünnə Liddə-əvəti vəl-Cihad" ərəbcə "Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar" deməkdir. Qrupun mənzilləndiyi ölkənin şimal-şərqində yerləşən Maiduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - Boko Haram deyərək çağırırlar. Qruplaşma İŞİD-ə beyət etdiyini açıqlamışdı.

Nigeriya rejiminin ölkənin sülhsevər və xalqı təkfirçi-quldurluq ieologiyasından uzaq saxlayan Şeyx Zəkzaki və tərəfdarlarına zülmü davam edərkən
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap