header

 Amerikanın tanınmış jurnalı general Süleymanidən yazdı

"Newsweek" jurnalı: "Daxili və xarici təhdidlər zamanı İranlı məşhur general, prezidentdən daha təsirli olduğunu göstərdi"

İslamazeri.com xəbər verir ki, ABŞ-da nəşr edilən "Newsweek" jurnalı İran İslam İnqilabının Keşikçilər Korpusunun "Qüds" briqadasının komandiri general Qasim Süleymani haqqında məqalə dərc edib.

"Daxili və xarici təhdidlər zamanı İranlı məşhur general, prezidentdən daha təsirli olduğunu göstərdi", - adlı məqalədə Süleymaninin ölkəsində, o cümlədən Yaxın Şərqdə simpatiya topladığını, "Merilend" universiteti tərəfindən sorğu keçirildiyini və bu sorğuda Süleymaninin İran xalqının 67.7 faizi tərəfindən sevildiyini xatırladıb.

"Newsweek" jurnalı Livan "Hizbullah"ı, Fələstin "HƏMAS"ı, İraq "Əshai əhli haqq" kimi müqavimət qruplarının İranla əlaqələrindəki əsas simanın da məhz Süleymani olduğunu yazıb. Amerikan dərgisi iranlı generalın İŞİD-lə mübarizədəki danılmaz rolunu da etiraf edərək, onun bu yaxınlarda "Hizbullah" komandiri İmad Muğniyənin qisasıyla bağlı dediyi ""İmad Muğniyənin qanının qisası raket atmaq və bir nəfəri öldürmək deyil. Fələstin, Livan və İranda sionist İsrailin məkrli planları ilə şəhid olan İmadların qanının qisası uşaq qatili sionist rejimin məhv edilməsidir.", -fikirlərini də dərc edib.

"Newsweek" jurnalı: "Daxili və xarici təhdidlər zamanı İranlı məşhur general, prezidentdən daha təsirli olduğunu göstərdi"
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap