header

 Rusiya: İranın Suriyadakı varlığı qanunidir

Fransanın ittihamlarına Rusiya XİN başçısı cavab verib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Fransanın İranla bağlı; İslam Respublikasının hərbi müşavirlərinin Suriyadan çıxma tələbinə Rusiya xarici işlər naziri cavab verib. Rusiya xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü Moskvada Valda Siyasi Klubunun 14-cü konfransının kənarında deyib: "Fransa hökumətinin İranın öz qüvvələrinin Suriyadan çıxarmalı olduğunu dediyi zaman, Parisin Suriyanın qanuni hökumətinin müraciəti əsasında İranın bu ölkədə iştirakını unutduğunu göstərir."

Daha sonra, "Əksinə, Fransa və ABŞ Suriya hökumətinin icazəsi olmadan bu ölkədə öz xüsusi hərbçilərini yerləşdirib və bu da qeyri-qanuni sayılır.", -deyə Rusiya XİN başçısı əlavə edib.

 Lavrob qeyd edib ki,  Suriyada Fransa, Britaniya və dünyanın müxtəlif bölgələrindən muzdlular vardır və Suriyada döyüşürlər.

Fransanın ittihamlarına Rusiya XİN başçısı cavab verib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-21-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap