header

 İsrail Knessetinin bir üzvü Təl-Əvivin İŞİD ilə məxfi əməkdaşlığını ifşa edib

İsrail Knessetinin bir üzvü deyib: Təl-Əviv İŞİD terror qruplaşması ilə əməkdaşlıq edir və ondan neft satın alır.

Sionist rejimin Suriyadakı İŞİD terrorçuları ilə əməkdaşlıq etməsi ifşa olunub. İsrail Knessetinin qadın üzvü Edi Tuman Knessetin iclasında sionist rejimin baş naziri Benyamin Netanyahu və onun nazirlər kabinetinin Suriyadakı İŞİD terrorçularından neft aldığını ifşa edib. Bu məlumatlar İŞİD-in arxasında duran regional oyunçular ilə İsrail reimi arasındakı bağlılığı da ortaya çıxarmış olub.

Siyasi analitiklər bu xüsusda deyir: “İsrail Suriyadakı gərginlik böhranından silah satmaq üçün istifadə etdiyi kimi, neft müqabilində öz məhsulları üçün yeni bazarın tapılması istiqamətində də geniş səylər göstərib. İsrail rejimi bu hərbi-iqtisadi əməkdaşlıq ilə yanaşı, terrorçulara Suriya ərazisində sionistlərin maraqları çərçivəsində fəaliyyət göstərmələri barədə də göstəriş verib.”

İsrail Knessetinin üzvü olan Edi Tuman BMT-nin hesabatlarına istinad edərək, İsrailin Suriyada terrorçu qruplar ilə əməkdaşlığa malik olması barədə danılmaz faktların olduğunu bildirib və bu rejimin İŞİD-dən neft aldığını deyib. Edi Tumanın bu hərəkəti İsrail Knessetində ifratçı sionistlərin sərt reaksiyası ilə üzləşib və onlar Edi Tumanı Hizbullahı dəstəkləməkdə ittiham ediblər.

Analitiklər bu barədə deyir: “İsrail neft alır və bütün üçüncü dünya ölkələrinə silah satır. İsrail İŞİD terror qruplaşması ilə yaxşı əlaqələrə malikdir. Buna görə də İŞİD terror qruplaşması Suriya və İraq ordularını habelə, Livanda müqavimətin silahını məhv etməyə çalışdı.”

İsrail Knessetinin bir üzvü deyib: Təl-Əviv İŞİD terror qruplaşması ilə əməkdaşlıq edir və ondan neft satın alır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap