header

 Səudiyyə Ərəbistanının Yəmənə qarşı yeni cinayətində 20 mülki həlak olub

Səudiyyə Ərəbistanının Yəmənin Sədə və Həccə vilayətlərinə qarşı hava hücumlarında 20 mülki həlak olub.

Səba xəbər agentliyinin verdiyi məlumata görə, təcavüzkar Səudiyyə qırıcıları dünən Yəmənin həccə və Sədə vilayətlərini bir neçə dəfə bombalayıblar. Bu əməliyyatlar nəticəsində qadın və uşaqlar da daxil 20 mülki həlak olub. 

Yəmən ordusu və xalq komitələri isə Sədədə Səudiyyə Ərəbistanının bir ədəd PUA-sını məhv ediblər. 

Yəmənin hərbi qaynaqları bildiriblər ki, Təəz vilayətində də BƏƏ-nin 12 hərbçisi və 6 zirehli texnikası məhv edilib. 

Yəmən ordusu və xalqı qüvvələrinin raket bölməsi də Ali-Səud rejiminin təcavüzlərinə cavab olaraq Səudiyyə muzdlularının Sənanın şimal şərqindəki mövqelərini hədəfə alıblar. 

BƏƏ Yəmənə qarşı hücumda Səudiyyə Ərəbistanı ilə əlbirdir. Bu hərbi təcavüz nəticəsində indiyədək 12 min yəmənli ölüb, on minlərlə insan yaralanıb və milyonlarla yəmənli didərgin düşüb. Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü həmçinin bu yoxsul ölkəni ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub. 

Səudiyyə Ərəbistanının Yəmənin Sədə və Həccə vilayətlərinə qarşı hava hücumlarında 20 mülki həlak olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap