header

 ABŞ Türkiyə ilə səmimi əlaqələrin bərpasında nakam qalıb

Amerikanın "Faren Palisi" saytı Türkiyə və ABŞ-ın ixtilafları və soyuq münasibətlərinin davam etməsindən xəbər verib.

Amerikanın "Faren Palisi" saytı bir reportajda yazıb: Amerikanın dövlət katibi Reks Tillerson və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü Ankara görüşündən sonra əlaqələrdə diplomatik açılışı əhatə edən birgə bəyanat yaymağa çalışdılar, lakin bu bəyanat ağır vədlər və təfərrüat baxımından son dərəcə səthi çıxdı.

Bu məlumatda sonra deyilir: Ankaranın Amerikanın Türkiyədəki uğursuz 2016-cı il iyul çevrilişində əlinin olmasına dair qədim şəkk-şübhəsi bir yana qalsın, bəlkə də iki tərəfin fərqli baxışlarının ixtilaf doğuran ən əsas halı Suriya kürdləri məsələsi olmuş olsun. Belə ki, Amerika hələ də Suriyanın şimalında kürd yarımhərbçilərin təchiz və himayə olunmalarını davam etdirir. Türkiyə kürd yarımhərbçilərini terrorçu və ən əsas daxili təhdid bilir və suriyalı kürd qüvvələrə qarşı geniş hərbi əməliyyata başlayıbdır.

Cümə axşamı günü Ankaraya daxil olmuş Reks Tillerson Türkiyə prezidenti ilə də görüşübdür.

Amerikanın "Faren Palisi" saytı Türkiyə və ABŞ-ın ixtilafları və soyuq münasibətlərinin davam etməsindən xəbər verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap