header

 Ərəbistanın Yəmənə hücumları davam edir, 18 mülki həyatını itirib

Ərəbistan qırıcılarının şənbə günü axşam Yəmənin Sədə vilayətində yerləşən Kəfat şəhərinə olan hücumları zamanı bir neçə qadın və uşaq daxil olmaqla 18 mülki həlak olub.

İRNA-nın məlumatına görə, hadisə qurbanları arasında bir neçə xilasedici də var. 

Bu hücumda çoxlu sayda insan da yaralanıb. 

Ərəbistan qırıcıları bundan öncə də dəfələrlə Yəməndə yaşayış məntəqələri və sivil əhalini hədəfə alıblar. 

Ərəbistan 2015-ci ilin martından ABŞ-ın dəstəyi ilə Yəmənə qarşı geniş hərbi əməliyyatlara başlayıb və bu ölkəni tam mühasirədə saxlayır. Ərəbistanın Yəmənə hərbi müdaxiləsi indiyə kimi yüz minlərlə insanın ölməsi və yaralanmasına, milyonlarla insanın yaşayış yerindən didərgin düşməsinə, sivil infrastrukturların o cümlədən xəstəxanalar, məktəblər, yollar, körpülər, məscidlər, su və elektrik şəbəkələrinin sıradan çıxmasına, vəba və difteriya kimi yolxucu xəstəliklərin sürətlə ölkədə yayılmasına səbəb olub. Ölkənin mühasirədə saxlanılması, ilkin ehtiyacların təmin edilməsi üçün lazım olan məhsulların və dərman preparatlarının gətirilməsinə qadağanın qoyulmasına görə xalq ölümə məhkum edilib. 

Buna baxmayaraq Ali Səud rejimi və ABŞ indiyə kimi Yəmən xalqının iradəsini sındıra bilməyib. 

Ərəbistan qırıcılarının şənbə günü axşam Yəmənin Sədə vilayətində yerləşən Kəfat şəhərinə olan hücumları zamanı bir neçə qadın və uşaq daxil olmaqla 18 mülki həlak olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap