header

 General Fədəvi: ABŞ-ın İran xalqı qarşısındakı çarəsizliyi İranın haqlı və güclü olmasının səbəbidir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı deyib: ABŞ və İsrail rejiminin İran xalqı ilə düşmənçiliyi və çarəsizliyi İranın haqlı və güclü olmasının səbəbidir.

General Fədəvi bazar günü Gilan ostanında universitet müəllimləri və tələbələr ilə görüşdə İran İslam İnqilabının qələbə çalmasına və dünya imperializminin İrandakı dayaqlarının dağılmasına işarə edib və deyib: Amerika və İsrail rejimi İran İslam İnqilabından ən çox zərər çəkən tərəflər olaraq bu gün var gücləri ilə İran İslam İnqilabı ilə düşmənçiliyinin ön sırasında yer alıblar. 

Sepah-ın baş komandanı əlavə edib: ABŞ-ın İran İslam İnqilabı ilə 39 illik düşmənçiliyi bu inqilabın əzəməti və qüdrətinin nişanəsidir və İran İslam İnqilabının çıxarğı daha da nurlu olubdur. 

General Fədəvi həmçinin deyib: Allah Talanın Quran-Kərimdə verdiyi vəd İran xalqı barədə gerçəkləşib və İran bu günkü izzəti və başucalığına görə İran İslam Respublikasının əziz şəhidlərinin qanına borcludur. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı deyib: ABŞ və İsrail rejiminin İran xalqı ilə düşmənçiliyi və çarəsizliyi İranın haqlı və güclü olmasının səbəbidir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap