İranda sərnişin təyyarəsi qəzaya uğradı: 60 nəfər həyatını itirib
Posted on : iran 02/18/2018
İranda "Aseman" hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Tehran-Yasuc istiqamətində hərəkət edən bir sərnişin təyyarəsi İsfahan ostanının cənubunda, Səmirom məntəqəsində Dena dağından 14 km aralı ərazidə qəzaya uğrayıb. Məlumata görə, təyyarədə ümumilikdə 60 nəfər olub. Qeyd edilir ki, bütün sərnişin və ekipaş üzvü həlak olublar. Bəzi xəbər agentlikləri 66 nəfərin öldüyünü yayıblar. İlkin ehtimala görə, təyyarə Dena dağına çırpıldıqdan sonra, 14 km sonra yerə düşüb.
Hazırda ərazidə axtarış tədbirləri və araşdırmalar başladılıb. Təyyarənin "Aseman" hava yollarına məxsus olduğu önə çəkilir.