Ayətullah Xameneinin iştirakı ilə Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə əzadarlıq məclisi keçirilib -FOTO
Posted on :
iran
02/18/2018
Mərasim İmam Xomeyni (r.ə) adına Hüseyniyyədə keçirilib.
Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə İmam Xomeyni (r.ə) adına Hüseyniyyədə əzadarlığın birinci gecəsi keçirilib.
Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, İslam Peyğəmbərinin (s) əziz qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) şəhadət günlərinin gəlib çatması münasibətilə başlayan əzadarlıq məclislərinin ilk gecəsi Ali Rəhbər Ayətullah Seyyid Əli Xameneinin iştirakı ilə keçirilib.
Hökümətin yüksək vəzifəli rəsmilərinin və minlərlə Əhli-Beyt (ə) aşiqinin iştirakı ilə keçirilən mərasimdə Həzrət Zəhranın (s.ə) şəxsiyyəti və yaşayışı haqında moizələr oxunub və mərsiyyələr deyilib.