header

 Küveyt əmiri İraqın iqtisadi stabilliyində İranın rolunu alqışlayıb

Küveyt Əmiri İŞİD-lə mübarizə və İraqın iqtisadi inkişafına köməkdə İran İslam Respublikasının rolunu əhəmiyyətli adlandırıb və alqışlayıb.

Küveyt Əmiri Şeyx Sabah əl-ƏHməd ə-Cabir Əs-Sabah çərşənbə günü İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Küveytdə görüşdə deyib: Region ölkələri arasında bütün ixtilafllar və problemlər dialoqla və region dövlətlərinin tədbiri ilə həll olunmalıdır. 

İraqın Bərpası Beynəlxalq Konfransında iştirak etmək məqsədilə Küveytə səfər edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu görüşdə regionun hazırkı böhranlarında vasitəçilik üzrə Şeyx Sabah əl-Əhməd əl-Cabir Əs-Sabahın səylərini alqışlayıb və bu səylərin münasib nəticəyə çatacağına ümid edib. 

İran xarici işlər naziri və Küveyt Əmiri həmçinin İran və Küveyt münasibətlərinin inkişaf etdirilməsi, iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında birbaşa görüşlərin artmasının vacibliyini vurğulayıblar. 

İraqın Bərpası Beynəlxalq Konfransı 12 fevraldan üç gün müddətinə Küveytdə işə başlayıb, 50 ölkədən bank fəalları, iş adamları və siyasi rəsmilər bu konfransa qatılıb. 

Küveyt Əmiri İŞİD-lə mübarizə və İraqın iqtisadi inkişafına köməkdə İran İslam Respublikasının rolunu əhəmiyyətli adlandırıb və alqışlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap