Süleymani: İmad Muğniyənin qisası İsrailin məhv edilməsidir
Posted on : iran 02/15/2018
İran İslam İnqilabının Kşeikçilər Korpusu "Qüds" briqadasının komandiri general Qasim Süleymani İmad Muğniyə ilə bağlı mərasimdə çıxış edib
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Tehranda keçirilən İsrail tərəfindən qətlə yetirilən Livan "Hizbullah" hərəkatının komandiri İmad Muğniyə ilə bağlı mərasimdə çıxış edən İran İslam İnqilabının Kşeikçilər Korpusu "Qüds" briqadasının komandiri general Qasim Süleymani deyib: "İmad Muğniyənin qanının qisası raket atmaq və bir nəfəri öldürmək deyil. Fələstin, Livan və İranda sionist İsrailin məkrli planları ilə şəhid olan İmadların qanının qisası uşaq qatili sionist rejimin məhv edilməsidir."
Süleymani bidirb ki, hazırda Qəzza və Livan İsrail rejimi üçün daimi iztirabın yarandığı bölgələrdir. Fələstindən atılan hər bir raketdə İmad Muğniyənin barmaq izini görmək olar.
İranlı general sözlərinin davamında "İmad Muğniyə fələstinli qrupları müqavimət mərkəzi ilə birləşdirdi, HƏMAS-ı gücləndirdi və Xalq Cəbhəsini Fələstinin azadlığı üçün aktivləşdirdi, bu təfəkkürlə Qəzzəni alınmaz qalaya çevirdi. Sionist rejimin hərəkətləri bu rejimin davamlı olmamağının nişanəsidir və hazırda sionist rejimin qorxusu, çabalaması və axmaqcasına hücumları düşmənin son səylərini əks etdirir. İmad Muğniyə və Livan və İraqın digər şəhidlərinin yolu davam edəcək və hər gün islam dünyasının başıucalığı artacaqdır.", -deyə əlavə edib.
" Şəhid İmad Muğniyənin adı düşmənlər üçün qorxu, dostlar üçün ümid mənbəyidir. Müqavimət əfsanəsinin şəhadəti dünyanın təəccüblənməsinə və islam dünyasında matəmi yaratdı.", -deyə Qasim Süleymani sözlərinin sonunda bidirib.