header

 Tillerson Hizbullah haqda Səudiyyə və İsraili narahat edən etirafı dilinə gətirib

“Etiraf etmək lazımdır ki, Hizbullah Livanda siyasi prosesin bir hissəsidir”

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-ın xarici işlər naziri Riks Tillerson İordaniyaya səfəri zamanı deyib.

 

İordaniyada bu ölkənin Xİ rəhbəri ilə birgə mətbuat konfransında bölgə ilə bağlı danışıan R.Tillerson etiraf edib ki, ABŞ-ın terror təşkilatı hesab etdiyi və sanksiya tətbiq etdiyi Hizbullah Livanda siyasi prosesin tərkib hissəsidir.

 

Suriyada müxtəlif separatçı və radikal birləşmələri dəstəkləyən ABŞ-ın Xİ naziri Riks Tillerson həmçinin İrandan tələb edib ki, Suriyadakı ordusu və qüvvələrini geri çəksin.

 

İrandan buna cavab çox gecikməyib. İslam İnqilabının Ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayəti bildirib ki, İranın Suriyaya göndərdiyi hərbi müşavirlər Suriya hökumətinin dəvəti ilə ABŞ-ın oradakı qüvvələri isə işğalçılıqla ora daxil olublar.

“Etiraf etmək lazımdır ki, Hizbullah Livanda siyasi prosesin bir hissəsidir”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap