Tillerson Hizbullah haqda Səudiyyə və İsraili narahat edən etirafı dilinə gətirib
Posted on : Digər sahələr 02/14/2018
“Etiraf etmək lazımdır ki, Hizbullah Livanda siyasi prosesin bir hissəsidir”
İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-ın xarici işlər naziri Riks Tillerson İordaniyaya səfəri zamanı deyib.
İordaniyada bu ölkənin Xİ rəhbəri ilə birgə mətbuat konfransında bölgə ilə bağlı danışıan R.Tillerson etiraf edib ki, ABŞ-ın terror təşkilatı hesab etdiyi və sanksiya tətbiq etdiyi Hizbullah Livanda siyasi prosesin tərkib hissəsidir.
Suriyada müxtəlif separatçı və radikal birləşmələri dəstəkləyən ABŞ-ın Xİ naziri Riks Tillerson həmçinin İrandan tələb edib ki, Suriyadakı ordusu və qüvvələrini geri çəksin.
İrandan buna cavab çox gecikməyib. İslam İnqilabının Ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayəti bildirib ki, İranın Suriyaya göndərdiyi hərbi müşavirlər Suriya hökumətinin dəvəti ilə ABŞ-ın oradakı qüvvələri isə işğalçılıqla ora daxil olublar.