header

 Şeyx Sərdar: Əxlaqı təbliğ etdiyim üçün həbs edilmişəm

Bu gün Ali Məhkəmədə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayeti üzrə məhkəmə baş tutub.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdar Hacıhəsənli, vəkil Cavad Cavadov, həmçinin media nümayəndələri, ictimai-siyasi xadimlər iştirak edib. 

Vəkillərin qaldırdığı vəsatətlərin heç biri məhkəmə tərəfindən təmin olunmayıb. Prosesdə Hacı Sərdar çıxış edərək günahsız olduğunu və həbsdə saxlanmasının hüquqa zidd olduğunu vurğulayıb.

Məhkəmədə çıxış edən Şeyx Sərdar Hacıhəsənli bildirib ki, həbs edilməsindən bu günə qədər keçirilən  məhkəmə proseslərində  haqlı  vəsatətlərin  heç biri təmin edilməyib.  “İstintaq orqanından  həbsimin səbəbini soruşduqda mənə dedilər ki, cümə namazı qıldığım və xütbə söylədiyimə görə həbs edilmişəmr.  Əvvəlkilər kimi bu məhkəmədən də xüsusi bir gözləntim yoxdur. Çünki, həbs edilməyimin səbəbini hələ də başa düşə bilmirəm. Gah cümə namazı, gah xütbə gahda xaricdə oxuduğumu əsas gətirirlər. Yəqin ki, İslam əxlaqını deyil, ateistliyi, bütpərəstliyi  yaxud hər hansı əxlaqsızlığı təbliğ etsəydim bəlkə də məni həbs etməyəcəkdilər.”

Şeyx Sərdar Hacıhəsənli istintaq və məhkəmə proseslərinin hüquq normalarına uyğun aparılmadığını bildirib. “Təsəvvür edin məhkəmədə şahidlərin dediyi ilə istintaqa verdiyi ifadələr  bir-birini təkzib edir.  Ancaq məhkəmə bunu nə inki nəzərə almır hətta şahidlərə istiqamət verməkdən belə çəkinmir”.

Qeyd edək ki, Hakim Şeyx Sərdarın çıxışını yarımçıq kəsib

Müşavirədən sonra hakim Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə)  üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilmişdi.(Maide.az)

Bu gün Ali Məhkəmədə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayeti üzrə məhkəmə baş tutub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap