header

 Ərdoğan: ABŞ İŞİD-lə bağlı teatrı dayandırmalıdır

Türkiyə prezidenti Rəcəb Tayyp Ərdoğan "Ədalət və İnkişaf" Partiyasının qrup toplantısında çıxış zamanı Suriyada YPG-yə dəstək verən Birləşmiş Ştatları sərt tənqid edib.

FaktXəbər-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, o, bildirib ki, Vaşinqton Suriyada İŞİD-lə mübarizə teatrını dayandırmalıdır.

"Siz deyirsiniz ki, (ABŞ) İŞİD-ə qarşı mübarizə aparırsınız. Bəs siz nə qədər İŞİD üzvünü məhv etmisiniz? İŞİD-lə mübarizə aparanlar, indi Türkiyəyə qarşı bunu edirlər. Heç kimin İŞİD-i bəhanə kimi istifadə etməyə haqqı yoxdur. İŞİD-lə teatrı sona çatdırmağın və maskanı çıxarmağın artıq vaxtı çatıb",-deyə Ərdoğan əlavə edib.

Türkiyə dövlət başçısı həmçinin deyib ki, ABŞ hakimiyyəti Suriyada kürdlərə 550 milyon dollar məbləğində yardım ayırıb və bu məbləği 3 mlrd. dollara qədər artıra bilər.
 
"Bizə deyirlər ki, əgər bizi vursaz, sərt cavab verəcəyik. Bu sözü deyənlər ömürlərində osmanlı yumruğu hiss etməyənlərdir",-deyə Türkiyə prezidenti vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyp Ərdoğan "Ədalət və İnkişaf" Partiyasının qrup toplantısında çıxış zamanı Suriyada YPG-yə dəstək verən Birləşmiş Ştatları sərt tənqid edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap