header

 İranda İslam İnqilabının ildönümü münasibətilə bayram yürüşü - FOTO

Bu gün İslam İnqilabının 39-cu ildönümü münasibətilə İranda təntənəli bayram tədbirləri keçirilir.

Maide.Az xəbər verir ki, paytaxt Tehran şəhərində yerli vaxtla səhər saat 09:00-da yerli və xarici qonaqların iştirakı ilə rəsmi açılış mərasimi keçirilib. 
 
Hazırda paytaxt Tehran şəhərinin müxtəlif xiyabanlarından vətəndaşlar Azadlıq meydanına tərəf axın edir. Onlar “İstiqlal, Azadlıq, İslam Respublikası!”, “Amerikaya ölüm!”, “İsrailə ölüm” və s. şüarlar səsləndirir. Bundan əlavə, eyni vaxtda İranın 1000 şəhər və qəsəbəsində, eləcə də 4 min kəndində bayram mərasimləri və yürüşləri keçirilir.
 
Ümumilikdə bu mərasimləri 6000 jurnalist işıqlandırır. Onlardan  2750 yerli jurnalist və  həmçinin 25 ölkədən gəlmiş 250 jurnalist yalnız paytaxt Tehrandakı yürüşlə bağlı foto, xəbər və film  hazırlayır. 3000 jurnalist isə  digər əyalət və şəhərlərində İran xalqının milyonluq 22 Bəhmən  yürüşü ilə bağlı xəbərləri işıqlandırırlar. 
 
İran prezidenti Həsən Ruhani yürüş iştirakçıları qarşısında çıxış edəcək. Yürüşün sonunda isə 22 Bəhmən yürüşünün qətnaməsi oxunacaq. 
 
 
Maide.Az İranda İslam İnqilabının ildönümü münasibətilə Tehranda keçirilən bayram yürüşündən fotoları təqdim edir: 
 
 
 
 
 
 
 
 
 
Bu gün İslam İnqilabının 39-cu ildönümü münasibətilə İranda təntənəli bayram tədbirləri keçirilir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap