Yəmən ordusu Ərəbistanın Patriot müdafiə sistemini məhv etdi
Posted on : Digər sahələr 02/10/2018
Yəmən ordusu və xalq komitələri qüvvələri ölkənin cənub-qərbində Səudiyyə Ərəbistanına məxsus Patriot PAC-3 raket sistemini məhv ediblər.
Yəmənin əl-Məsirə televiziyası ötən gecə ölkənin cənub-qərbində Məxa vilayətində Ərəbistanın Patriot raket sisteminin məhv edildiyini bildirərək Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə qarşı əməliyyatın icrasında Yəmən qüvvələrinin əməkdaşlığı və koordinasiyasını vurğulayıb.
Səudiyyə Ərəbistanı 2015-ci ildə ABŞ-la 1 milyard 750 milyon dəyərində Patriot sistemi və PAC-3 raketlərinin satın alınması üçün müqavilə imzaladı.
PAC-3 Patriotun ən modern əməliyyat versiyasıdır.
Bu sistem ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir.
Yəmənin Səudiyyə Ərəbistanı tərəfindən hərtərəfli mühasirəyə alınmasına rəğmən, Yəmən ordusu və xalq komitələri qüvvələrinin müdafiə qüdrəti gün-gündən artmaqdadır.