header

 İsrail Ordusu: Bu, İranın bizim ərazimizdəki ciddi hücumudur - ƏTRAFLI

İsrail Ordusunun sözcüsü İranın hücum etməsilə bağlı açıqlama yayıb

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrail Ordusunun mətbuat katibi Ronen Manelis açıqlama verib.

O açıqlamasında İranın İsrail ərazisində ciddi hücum həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, İsrailin İrana aid pilotsuzu vurmasından sonra İran hücum həyata keçirib.

İran pilotsuz təyyarəsinin İsrail ərazisində düşdüyünü iddia edən Manelis "Pilotsuz təyyarənin ilk çıxdığı yer bizim tərəfimizdən vuruldu. Bu Suriyanın dərinliyində addım atdıq, hədəfi vura bildik.", -deyə qeyd edib.

İsrail Ordusunun mətbuat katibliyi də məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "İsrail Ordusu İranın hücumu və Suriyanın reaksiyasını İsrailin suverenliyinin kobud surətdə pozulması hesab edir."

Suriya Ordusu isə bir neçə İsrail təyyarəsinin vurulduğunu açıqlayıb. Ordunun açıqlamasında "İsrail ordumuzun bazalarına yeni aqressiv hücumlar həyata keçirib. Bizim Havadan Müdafiə Sistemləri cavab atəşi açıblar və birdən çox düşmən təyyarəsi məhv edilib.", - bildirilib.

İran İslam İnqilabının Keşikçilər Korpusu isə dünən günün ikinci yarısında diqqət çəkən bəyanat yayıb. Bəyanatda deyilir: "Bu inqilabi orqan İranın hərtərəfli istiqlaliyyətini qorumaqla düşmənin İranın müdafiə və raket qüdrəti darvazalarına yaxınlaşmasına, həmçinin öz milli müdafiə və təhlükəsizlik sipərini zəiflətməsinə icazə verməyəcək.  Amerikanın, sionist rejimin və onların regioanl və avropalı müttəfiqlərinin təkfirçi terrorizm və vasitəçilik savaşları meydanlarındakı zəncirvari məğlubiyyətləri belə bir reallığı göstərir ki, İran Asiyanın qərbində birinci və sözsüz qüdrət kimi heç vaxt onların fitnələrindən qorxmayacaqdır."

Qeyd edək ki, SANA agentliyi məlumatına görə, Suriya Ordusu İsrailin f16 qırıcısını vurduqdan sonra, Suriya ərazisini bombalamağa çalışan pilotsuz qırıcı da vurulub -ƏTRAFLI. İsrail mediası F16-nın vurulduğunu təsdiq edib.

İsrail Ordusunun sözcüsü İranın hücum etməsilə bağlı açıqlama yayıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap