header

 İslam İnqilabının 39-cu ildönümü münasibətilə Bakıda ziyafət təşkil edilib - FOTO

Fevralın 9-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – "İslam İnqilabının 39-cu ildönümü" münasibətilə rəsmi qəbul təşkil edib.

Maide.Az xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
 
Mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev və İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə iştirak edib.
 
İran xalqını təbrik edən Ş.Mustafayev bildirib ki, hər iki dövlət başçısı arasında səmimi dostluq və qarşılıqlı hörmət münasibətləri gün-gündən artır.
 
Səfir C.Cahangirzadə də iki ökə arasında getdikcə artan əməkdaşlığı vurğulayaraq bildirib ki, dövlət başçıları arasında səmimi münasibətlər daha geniş əməkdaşlığın reallaşdırılması üçün möhkəm əsasdır. Səfir bəyan edib ki, İran və Azərbaycanı istəməyən qüvvələr heç zaman niyyətlərinə nail ola bilməyəcəklər.
 
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, birgə avtomobil istehsalı kimi layihələrdə iki ölkənin əməkdaşlığına toxunan diplomat qeyd edib ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası böyük layihələrə malikdir.
 
Regionda terrorizmlə mübarizədə İranın rolunu vurğulayan səfir bəyan edib ki, bu sahədə ciddi beynəlxalq və regional əməkdaşlıq tələb edilir və ikili standartlardan uzaq durmaq lazımdır.
 
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak edib. 
 
 
 
 
 
 
 
 
 
 
 
Fevralın 9-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – "İslam İnqilabının 39-cu ildönümü" münasibətilə rəsmi qəbul təşkil edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap