header

 Türkiyənin axtardığı terrorçular ABŞ-da televiziyaya çıxıblar

ABŞ Konqresi tərəfindən maliyələşdirilən və Yaxın Şərq ilə Şimali Afrika ölkələrində ərəbcə yayım aparan "Əl Hurra" TV kanalında Fətullahçı Terror Təşkilatı (FETÖ) fərariləri Adəm Yavuz Arslan və Əmrə Uslu Türkiyə əleyhinə təbliğatlara başlayıb.

FaktXəbər-in məlumatına görə, "Əl Hurra" TV kanalı onlarla aparılan müsahibələri kısa videolar şəklində sosial şəbəkələrdə də paylaşıb. 

Əl Hura: ABŞ-ın ərəb dilində təbliğat kanalı

Bu kanal ABŞ-ın İraqı işğalından sonra Yaxın Şərq və Şimali Afrikadakı ərəb dilində danışan ölkələrə "Amerikanın baxışını təbliğat etmək məqsədilə" 2004-cü ildə dövrün ABŞ prezidenti Corc Buş tərəfindən yaradılıb. Konqresdən tərəfin maliyələşdirilən "Əl Hurra" böyük büdcəsinə baxmayaraq aşağı tamaşaçı kütləsinə xidmət göstərir və buna görə də Amerika siyasi dairələrində tənqid edilir.

Büdcəsi ABŞ Konqresi tərəfindən təmin olunan Beynəlxalq Yayım İdarəsinin (Broadcasting Board of Governors) nəzarəti altında fəaliyyət göstərən "Əl Hurra"nın mərkəzi ofisi Virciniyadadır və 25 ölkəyə peyk vasitəsi ilə yayımlanır.

Ən bahalı xarici yayım layihəsi

Kanal barəsində Amerika mediasında Qətərin maliyələşdirdiyi "Əl-cəzirə" kanalının ərəb dünyası üzərində təsirini azaltmaq məqsədilə yaradıldığı iddiaları geniş şəkildə təbliğ olunub. Böyük büdcəsinə qarşı az tamaşaçı kütləsinə malik olmasına görə, Konqresdə vaxtaşırı tənqid edilən kanal ABŞ rəhbərliyinin əli ilə yaradılan ən bahalı xarici yayım layihəsi kimi dəyərləndirilir.

Məsələn, Konqres qeydlərinə görə, 2017-ci maliyyə ilində ABŞ-ın dövlət televiziya kanalı sayılan Voice of America (VOA) üçün ümumilikdə 224 milyon dollar ayrıldığı halda, "Əl Hurra" üçün 112 milyon dollarlıq büdcə təsdiq olunub.

İsrail-Fələstin problemi, ABŞ-İran münasibətləri və Əbu Qureyb həbsxanası ilə bağlı reportajları kimi bir çox layihələrinə görə ərəb dünyasında sərt tənqidlərə məruz qalan kanal, ABŞ-ın İraqı işğalı ilə bağlı yayımlarında "işğal" sözünü işlətməməsi ilə də tanınır.

ABŞ Konqresi tərəfindən maliyələşdirilən və Yaxın Şərq ilə Şimali Afrika ölkələrində ərəbcə yayım aparan "Əl Hurra" TV kanalında Fətullahçı Terror Təşkilatı (FETÖ) fərariləri Adəm Yavuz Arslan və Əmrə Uslu Türkiyə əleyhinə təbliğatlara başlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap