header

 İran təhqirə yol verdiyinə görə Samsung şirkətinə ciddi xəbərdarlıq edib

Beynəlxalq Olimpiada Komitəsi rəsmiləri və Samsung şirkətinin rəsmiləri son günlərdə bildiriblər ki, Cənubi-Koreyada keçiriləcək qış olimpia oyunları zamanı İran və Şimali Koreya oyunçularına hədiyyə kimi nəzərdə tutulan Samsung telefonları verilməyəcək. İran bu addımı idman və əxlaqdan uzaq, siyasəlşdirilmiş, düşüncəsiz və təhqiredici addım adlandırıb.

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi Cənubi-Koreyanın səfirini nazirliyə çağırıb və İran tərəfinin notasını ona təqdim edib.

 

Şiddətli etirazını Cənubi-Koreya tərəfinə bildirən İran Xİ nazirliyi bu addımı idmana yaraşmayan, əxlqadan uzaq, siyasələşdirilmiş addım hesab edib və Samsung şirkətindən iranlılardan üzr istəməyini tələb edib.

 

İran Xİ nazirliyi bildirib ki, Samsung şirkəti üzr istəməyəcəyi və qərarından dönməyəcəyi təqdirdə onun qərarı İranla olan ticari əlaqələrinə ciddi təsir göstərəcək.

 

Bu arada İranın Xİ naziri Cavad Zərif də işlətdiyi Samsung telefonundan imtina edəcəyini bildirib.

 

Samsung şirkətinin addımı haqda məlumat verən mənbələr bildirib ki, bu şirkət beynəlxalq sanksiyaları bəhanə gətirərək, İran və Şimali-Koreya oyunçularına qarşı ağılsız və idman ruhiyyəsindən uzaq olan siyasələşdirilmiş bir addım atıb.

Beynəlxalq Olimpiada Komitəsi rəsmiləri və Samsung şirkətinin rəsmiləri son günlərdə bildiriblər ki, Cənubi-Koreyada keçiriləcək qış olimpia oyunları zamanı İran və Şimali Koreya oyunçularına hədiyyə kimi nəzərdə tutulan Samsung telefonları verilməyəcək. İran bu addımı idman və əxlaqdan uzaq, siyasəlşdirilmiş, düşüncəsiz və təhqiredici addım adlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap