header

 Səudiyyə Ərəbistanının hərbçiləri Bakıya gəlir

Səudiyyə Ərəbistanı Krallığı Müdafiə nazirliyinin nümayəndə heyəti fevralın 6-dan 9-dək Azərbaycanda səfərdə olacaq.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcək.

Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Səudiyyə Ərəbistanı Krallığı Müdafiə nazirliyinin nümayəndə heyəti fevralın 6-dan 9-dək Azərbaycanda səfərdə olacaq.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap