Niderland Türkiyə ilə diplomatik əlaqələrini kəsib
Posted on : Türkiyə 02/05/2018
Niderland krallığı Türkiyədəki səfirini rəsmi şəkildə geri çağırdığını elan edib.
Bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
FaktXəbər bildirir ki, nazirliyin məlumatında Türkiyənin Niderlanda təyin edəcəyi səfirin etimadnaməsi də qəbul edilməyəcəyi və bununla bağlı rəsmi Ankara ilə aparılan ikitərəfli müzakirələr dayandırıldığı qeyd olunub.
Qeyd edək ki, 2017-ci il iyulun 7-də Türkiyə baş nazirinin müavini Toğrul Türkeşi Niderland hökuməti “arzuolunmaz şəxs” (“persona non-qrata”) elan edib. Həmin il martın 11-də isə Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna da buraxmayıb.