header

 GÖRƏN, BİZ HANSI DƏSTƏDƏNİK? (2)

Belə şəxslər həyalı olub...

Həyata baxış insanı müəyyən rəftarlara sövq edir; kimi yalnız maddi nemətlər haqqında düşünür, kimi isə mənəvi nemətlərə üstünlük verir. İmam Əli (ə) buyurur ki, “bir qrup insandünyanı dəqiq tanımışonun mahiyyətini dərk etmişlərOnlar quraqlıqdan yaşıllığaviranlıqdan abadlığa səfər edənlər kimidirlər.

Yəni dünya həyatı quraqlıqdan gülüstana səfərdir. Bu qrupdan olanların məqsədi tələsik hazırlıq görüb məqsədə çatmaqdır. Onlar bu yolda bütün olanlarını qurban verir və təəssüflənmirlər. Çünki istənilən sürətli bir vasitə ilə mənzilə çatmaq əsas hədəfdir. Sözsüz ki, səfər şəraiti ev şəraitindən ağır olur. Amma bu yolun yolçuları əmindirlər ki, tezliklə əbədi, rahat və geniş bir mənzilə çatacaqlar. Ona görə də yol çətinlikləri onları narahat etmir. Məgər məhbubu ilə görüşə tələsən aşiq yorğunluq hiss edərmi?! Hətta bədən yorulsa da, aşiq bu yorğunluğu hiss etmir. Bu yolda xərclənilən pul zərər sayılmır. Həqiqət yolunun yolçusu çəkdiyi zəhmətləri, xərcləri özü üçün iftixar sayır.

Amma bu əqidə müqabilində dünyanı zahir gözü ilə müşahidə edib, ona aldananların əqidəsi dayanır. Onları aldadan dünyanın ötəri şirnisi, əlvanlığıdır. Amma bir vaxt gəlir ki, bu şirinlik zəhərə, əlvanlıq zülmətə çevrilir. Qurani-Kərimdə buyurulur:

وَمَاالحَياةُ الدُّنيا اِلاَّمَتاعُ الغُروُر

Dünya həyatı aldadıcı həzz  əyləncədən başqa bir şey deyil.” (“Ali-İmran” surəsi, ayə 185.)

Dünya uşağa verilmiş süni əmziyə oxşayır. Həmin əmzik uşağı aldadıb başını qatdığı kimi, dünya da insanın başını qatıb, onun diqqətini mühüm məsələlərdən yayındırır.

Bəli, xalq dünyaya üç baxışdan biri ilə baxır: Bir qrup insan dünyanın ötəriliyini hiss etmədən heyvani həyat sürür, digər qrup insan dünya həyatının ötəriliyini hiss etsə də, onun sonunu puç sayır, üçüncü qrup isə dünya həyatını axirətə doğru səfər hesab edir. Axirət həyatının varlığını qəbul edən insan özünü yolda, səfərdə hiss etməli, yol qaydalarına əməl edərək yükünü ağırlaşdırmamalıdır. Dünya nemətlərinin bir gün əldən çıxacağına inanan insan bu nemətlərə əsir olmur. Axirət həyatına inananlar qarnını doldurmaq üçün yalana, hiyləyə, cinayətə əl atmır, haram və günaha yol vermir, nakəslərin qarşısında əyilmir, öz şərəf və ləyaqətini uca tutur. İmanlı insan yoxsulluqdan şikayətlənmir. Qurani-Kərimdə buyurulur:

يَحسَبُهُمُ الجَاهِلُ اَغنيِاءَ مِنَ التَّعَفُّف

“Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər.” (“Bəqərə” surəsi, ayə 273.)

Həyata belə bir baxışla baxan insan üçün bütün gördüyü işlər ibadət sayılır. Amma dünya işləri hədəf seçildikdə, insan üçün büdrəmə və azğınlıq labüd olur. Çünki belə bir məqsədin kökündə dünya məhəbbəti, dünyaya əsirlik dayanır. Dünyaya əsir olan insanı dünya ləzzətləri, yemək, geyim, var-dövlətdən başqa heç nə düşündürmür. Çünki dünyanı son hədəf bilən insandan başqa şey gözləmək olmaz. Belələrinin fikrincə, dünya həyatı başa çatdıqdan sonra hər şey puç olur. Amma bu dünyanı yol hesab edən insan başqa cür rəftar edir. Onun bütün fəaliyyətləri insani vəzifələrin icrasından ibarətdir. İmanlı insanlar üçün dünya həvəsləri, var-dövlət, məqam əsas deyil. Onların əsas məqsədləri məhbuba çatmaqdır. Aşiqlə məşuq arasında pərdə olan dünya nemətləri onlarda nifrət doğurur. İmam Əlinin (ə) dünyanı təsvir edən misalı necə də dəqiqdir. Həzrət buyurur: “Dünya həyatı və dünya malı cüzam xəstəliyinə yoluxmuş xəstənin əlindəki çürümüş donuz sümüyü kimidir.”

Diri donuz bir bu qədər çirkindirsə, onun çürümüş sümüyünün nə dərəcədə çirkin olduğunu təsəvvür etmək çətin deyil. Daim iyrənc qidalarla qidalanan bu çirkin heyvanın üfunətli sümüyünü pis bir şey təsəvvür etmək isə mümkünsüzdür. İndi özünüz düşünün, belə iyrənc bir şey cüzam xəstəliyinə yoluxmuş adamın əlində olduqda hansı səhnə yaranır?! Həmin xəstənin əlində gül də olsaydı, kimsə həmin gülə baxmaq istəməzdi. Görün, insan nə dərəcədə qafildir ki, uyğun səhnələrə aludə olur! Elə isə düşünmək lazımdır: “Görən, biz hansı dəstədənik?” (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.192-206.)

(Maide.Az)

1-ci hissəni BURADAN  əldə edə bilərsiniz. 

Belə şəxslər həyalı olub...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap