header

 Zərif: Trampın nüvə siyasəti bəşəriyyəti məhvə yaxınlaşdırıb

İran İslam Respublikası xarici işlər naziri bildirib: ABŞ prezidenti Donald Tramp hökumətinin nüvə siyasəti bəşəriyyəti məhvə yaxınlaşdırıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə gecə ABŞ-ın Nüvə Vəziyyətinə Yenidən Baxış adlı hesabatın yayılmasına reaksiyada Twitter səhifəsində yazıb: ABŞ-ın nüvə vəziyyətinə yenidən baxış Nüvə Silahlarının Yayılmamasına dair Sazişin pozulması üzrə bu ölkənin atom silahlarına daha artıq söykəndiyini əks etdirir. 

İran İslam Respublikası xarici işlər naziri bildirib: Heç şübhəsiz, 1953-cü ildən bu tərəfə məhv olmaq saatı ən təhlükəli vəziyyətdə qərarlaşmışdır. 

İran İslam Respublikası xarici işlər naziri əlavə edib: Əhatəli Müştərək Təşəbbüs Proqramını məhv etmək üçün Donald Trampın sərtliyində də həmin təhlükəli tendensiya mövcuddur. 

ABŞ-ın Müdafiə Nazirliyi Nüvə Vəziyyətinə Yenidən Baxmaq adlı sənədi cümə günü yayımlayıb. Bu yeni strategiyaya əsasən, Tramp hökuməti sabiq prezident Barak Obama hökumətinin nüvə silahları siyasətinin əsas hissəsini davam etdirəcək, lakin Rusiya qarşısında daha hücum mövqeyi seçir. Donald Tramp hökuməti ABŞ-ın nüvə cəbbəxanalarının da gücləndirilməsini vurğulayır. 

İran İslam Respublikası xarici işlər naziri bildirib: ABŞ prezidenti Donald Tramp hökumətinin nüvə siyasəti bəşəriyyəti məhvə yaxınlaşdırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap