header

 DÜNYA KEÇİD YERİDİR (1)

Varlıq aləmi haradan haraya hərəkət edir?

Şübhəsiz ki, dünyaya gələn və onda yaşayan insanların dünyaya baxışları fərqlidir. Bəziləri dünyaya diqqətlə, bəsirət gözü ilə baxmadıqlarından onların baxışları bir növ yuxuludur. Onlar haradan gəldikləri, haraya gedəcəkləri barədə düşünmürlər. Belələri aclıq hiss edəndə yemək axtarır, susadıqda su gəzir, bir ömür vəzifə və məqama çatmağa çalışır, bir sözlə, yalnız dünya nemətləri haqqında düşünürlər. Onların həyat tərzi digər canlıların həyat tərzindən fərqlənmir. Qurani-Kərimdə buyurulur:

وَالذَّينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَ يَأْكُلُونَ كَمَا تَأْكُلْ الاَْنْعامُ

“Kafirlər isə səfa sürər, heyvan kimi yeyib-içərlər.” (“Muhəmməd” surəsi, ayə 12.)

Bu qisim insanların yemək və yatmaqdan, heyvani istəkləri təmin etməkdən savay işləri yoxdur. Hər gün eyni fikirlə yatır, eyni fikirlə yuxudan oyanırlar. Onlar üçün həyat məqsədi adlı bir məsələ yoxdur.

Digər bir qrup həm özü, həm də ətrafı haqqında düşünür və anlayır ki, dünya həyatı ötəridir. Bu zümrəyə daxil olanlar təyyarədə yuxudan oyanıb ətrafdakıların yeyib-içməkdə olduğunu, təyyarənin isə fəzada hərəkət etdiyini müşahidə edən sərnişinə oxşayırlar. Təyyarəni bir başqa şəxs idarə etdiyindən kimsə bu hərəkətin qarşısını ala bilməz. Qəfil oyanıb harada olduğunu dərk etməyən insan heç vəchlə bu hərəkətə təsir göstərə bilmir. Təyyarənin hərəkəti onun sərnişinlərinin iradəsindən asılı deyil. Sərnişinlər anlayırlar ki, acizdirlər. Onları yalnız harada olduqları, hansı istiqamətdə hərəkət etdikləri, nə vaxt mənzil başına çatacaqları maraqlandırır.

Bəli, bir qrup insan anlayır ki, “zaman” təyyarəsinin sərnişinləridir və bu təyyarənin sürəti onlardan asılı deyil. Onlar dərk etmişlər ki, insan zamanın gedişi qarşısında acizdir. Zaman bir an belə dayanmadan irəli şütüyür. İnsan onu yubatmaq iqtidarında deyil. Əslində bu hərəkəti hiss etmək çətin deyil və bütün insanlar dünyanın və insan ömrünün ötəriliyini dərk edə bilərlər.

Sual yaranır: Varlıq aləmi haradan haraya hərəkət edir? Ömür təyyarəsi bizi bu sürətlə haradan haraya aparır? İnsanın aqibəti nədir? “Haradan gəldiyini, hara gedəcəyini bilən insana Allahın mərhəməti olsun” – buyurulmuşdur. Amma bu sualın cavabında baxışlar daha çox haçalanır. Müəyyən baxışları nəzərdən keçirək:

a) Abad dünyadan viran dünyaya keçid:

Dünyanın ötəriliyinə münasibətdə xalqın əqidəsini aydınlaşdırmaq üçün əvvəlki misalı xatırlasaq yaxşı olar. Diqqət etsək, görərik ki, təyyarə sərnişinləri iki növ olur. Onlardan bir qismi bu səfərin yoxluqla nəticələnəcəyini düşünərək səfər boyu yeyib-içməklə, daha çox ləzzət almağa çalışırlar. Dünya sakinlərinin də bir hissəsi belədir. Onlar dünyanın ötəriliyini və hər şeyin puçluqla sona çatacağını fikirləşərək dünya nemətləri ardınca qaçır, ömürü fürsət bilərək daha çox ləzzət almaq istəyirlər. Onlar hərislik göstərir, dünya işlərində hamını ötüb-keçməyə çalışırlar. Şübhəsiz ki, bu sayaq düşüncə tərzinin sonu fənadır. Çünki bu qrupdan olan insan dünyanın sonunu yoxluq kimi qəbul edir. Guya dünya üç-beş gündən ibarətdir və onu qənimət bilərək xoş güzəran keçirmək lazımdır. Aqibətini yoxluq zənn edən insan tez-gec həmin nöqtəyə çatasıdır.

b) Dünyadan əbədi axirətə keçid:

Bir qrup sərnişin isə öz səfərinin uğurla başa çatacağını və son nöqtə olmayacağına inanır. Dünya sakinlərinin də bir hissəsi dünyanın sonunu yoxluq yox, əbədi bir həyata keçid kimi qəbul edirlər. Onlar dünya həyatını təsadüfi yox, məqsədli bildikləri üçün bütün işlərini həmin məqsədə çatmaq istiqamətində nizamlayırlar. Onlar səbir və dözümlə proqramlı həyat yaşayır, dünya nemətlərinə münasibətdə hərislik göstərmirlər. Onlar üçün ən önəmli məsələ doğru həyat yolunu seçməkdir. Dünya həyatının son olmadığına inananlar daim öz vəzifələri haqqında düşünür, hətta birinci qrupdan olanları yanlış düşüncə tərzinə görə məzəmmət edirlər. Onlar “dünya beş günlükdür, fürsəti qənimət bilmək lazımdır” cavabını alırlar. Əlbəttə ki, belə bir cavab onları qane etmir, daim öz yaranış məqsədləri haqqında düşünür, həmin məqsədə doğru hərəkət edirlər. Onlar saatları, dəqiqələri sayaraq, məqsədə çatacaqları, dostlara qovuşacaqları anı gözləyirlər. Ali bir məqsəd, ali bir görüş haqqında düşünən sərnişin, sözsüz ki, acgözlüklə yeyib-içməyə girişmir.

Söhbətin bu hissəsinədək dünyaya üç baxış tərzi haqqında danışıldı. Hər insan bu baxışlardan birinə uyğun şəkildə həyat sürür. Birinci baxışı əsas götürənlər heyvani həyat yaşayır, ikinci baxışı əsas götürənlər dünyanı ötəri saydıqlarından, ondan daha çox faydalanmaq istəyir. Üçüncü baxışı əsas götürənlər isə dünyanı əbədi həyata, ali bir məqsədə keçid mərhələsi sayaraq, uyğun məqsədə doğru hərəkət edirlər. Bu əqidələri birbəbir analiz etmədən düzgün qərar çıxarmaq mümkünsüzdür. İlk araşdırmada birinci baxışdan imtina etmək lazım gəlir. Qalan iki yoldan birini seçmək üçün ya dünyanın sonunu yoxluq, ya əbədiyyət qəbul etməli oluruq, üçüncü baxış həyatın məqsədli yaranışını, insanın vəzifəli olduğunu, onu qarşıda vəfalı dostlarla görüş gözlədiyini özündə cəmləşdirir.

Sözsüz ki, son iki baxışın malik olduğu dəlillər araşdırılmalıdır. İndi isə bu iki qrupun özünəməxsus xüsusiyyətləri ilə tanış olaq:

Dünyanı beşgünlük, sonunu yoxluq bilənlər həris, ləzzətpərəst, eqoist, ətrafdakılara diqqətsiz olur, ötəri hesab etdikləri dünyada daha çox faydalanmağa çalışırlar. Onlar yalnız yemək-içmək haqqında düşünür, kübar həyat sürməyə can atırlar.

Amma dünyanı, öz varlıqlarını məqsədli hesab edənlər, onu imtahan meydanı sayanlar insanlıq vəzifələri haqqında düşünür, bu vəzifələrə əməl etmək istəyirlər. Onlar bir müddət sonra dünya həyatının başa çatacağına və əbədi bir həyata qədəm qoyacaqlarına inanırlar. Qurani-Kərimdə buyurulur:

وَ ما هذِهِ الْحَيوةُ الدُّنْيا اِلاّ لَهْوٌ وَ لَعِبٌ وَ اِنَّ الدَّارَ الاَْخِرَةَ لَهِىَ الْحَيْوَانُ لَوْكانُوا يَعْلَمُون

Bu dünya həyatı oyun-oyuncaqdanəyləncədən başqa bir şey deyilAxirət yurduisəşübhəsiz kiəbədi həyatdırEy kaş biləydilər! (“Ənkəbut” surəsi, ayə 62.)

Digər bir ayədə oxuyuruq:

يَالَيْتَنىِ قَدَّمْتُ لِحَياتِى

Ey kaşhəyatım üçün bir şey fikirləşəydim! (“Fəcr” surəsi, ayə 24.)

Ayələr açıq-aşkar bildirir ki, həqiqi həyat bu dünya həyatı yox, axirət həyatıdır.

Ardı var...

(Maide.Az)

Varlıq aləmi haradan haraya hərəkət edir?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap