header

 İran daha 9 süni peykini kosmosa göndərməyi düşünür

Bu gün fevralın 3-ü, İranda "Milli kosmik texnika" günüdür.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran süni peyk buraxan ölkələr klubuna qoşulduqdan sonra indiyədək çoxlu sayda tədqiqat və rabitə peyklərini konstruksiya edərək hazırlaya bilib. Məlumata görə, hazırda İranın 9 süni peyki kosmosa buraxılma növbəsində durur.

Sabah fevralın 3-ü, İranda "Milli kosmik texnika" günüdür. 

Milli kosmik texnika günü, 2008-ci ildə İrandan kosmosa "Omid" süni peykinin uğurla buraxılmasına görə bu cür adlandırılıb. Həmin gün, İranın süni peyk buraxma qabiliyyətinə malik ölkələr sırasında qərar tapmasına səbəb olub.

İran altıncı inkişaf proqramının hədəflərinə əsasən, 2022-ci ilədək özünün ilk tamamilə yerli və əməliyyat peykini yer orbitinə çıxarmalıdır. Bu istiqamətdə, uzaq məsafədən araşdırma üzrə yerli "Pars-1" tədqiqat peykinin istehsalına 2016-cı ildə start verilib. Bu süni peyk ortaq surətdə İranın Kosmanavtika Təşkilatının əməkdaş şirkətləri və elmi mərkəzləri tərəfindən icra olunub və "Pars-1" peyki kosmosa buraxılma növbəsində durur.

Hazırda digər süni peyklər, o sıradan Şərif Sənaye Universiteti tərəfindən düzəldilmiş "Dusti" süni peyki, İran Kosmos Araşdırma Mərkəzinin hazırladığı "Nahid-1" və "Nahid-2" rabitə peykləri, Əmir Kəbir Universitetinin məhsulu olan "Pəyam" tədqiqat peyki, eləcə də uzaq məsafədən araşdırma üzrə "Zəfər" və "Tolu" peykləri, "Səha" peyki və "Mesbah-2" rabitə peyki konstruksiya edilərək düzəldilib və kosmosa buraxılmasını gözləyir.

Qeyd edək ki, İran  indiyədək kosmosa "Səfir", "Rəsəd", "Nəvid" və "Fəcr" kimi dörd süni peyki göndərə bilib.

Bu gün fevralın 3-ü, İranda "Milli kosmik texnika" günüdür.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap