header

 Bir Fatimə tanıyıram...

Fatimə binti Muhəmməd (s)

Bir Fatimə tanıyıram - ədəbin, əxlaqın, iffətin, ismətin sərçeşməsinin ən gözəl Kövsəri.


Bir Fatimə tanıyıram – müjdəçisi Həzrət Cəbrayıl idi.


Bir Fatimə tanıyıram –“atasının anası” idi.


Bir Fatimə tanıyıram – kiçik bir həmsöhbət idi atasına.


Bir Fatimə tanıyıram – kiçik ikən ən böyük idi.


Bir Fatimə tanıyıram – Quran ona “Kövsər” deyir.


Bir Fatimə tanıyıram – “Qadın üçün ən xeyirlisi nədir” sualına ən mükəmməl cavabı məhz o verdi.


Bir Fatimə tanıyıram – Kor şəxsin müqabilində belə, pərdə arxasına keçən, Allah Rəsulunun (s) qızım o kordur səni görmür deyincə; “Atacan mən ki onu görürəm” deyib bütün bəşəriyyətə hicabın, ədəbin əxlaqın əsl mahiyyətini bir cümlə ilə çatdırdı.


Bir Fatimə tanıyıram – həyatın bütün sahələrində aktiv, fəal bir qadın nümunəsi.


Bir Fatimə tanıyıram – atasını şəhid etdilər.


Bir Fatimə tanıyıram – atasının ayrılığına görə deyil, çəkdiyi acılar üzündən yetimliyini hiss etdi.


Bir Fatimə tanıyıram – qüdrətli olduğu halda məzlum idi.


Bir Fatimə tanıyıram – Mushəfinin katibi Allahın aslanı idi.


Bir Fatimə tanıyıram – hədiyyəsi əlindən zorla alınan Fatimə.


Bir Fatimə tanıyıram – Atasının öpüb, qoxladığı, mübarək əli ilə oxşadığı üzə xəyanətkar bir əl uzandı.


Bir Fatimə tanıyıram – Cəbrayılın (ə) hörmətlə nazil olduğu evdə, xəyanətə məruz qaldı.


Bir Fatimə tanıyıram – Bu ümmətə əmanət idi.


Bir Fatimə tanıyıram – Allah Aslanının uğruna can fəda etdi.


Bir Fatimə tanıyıram – Qaranlığın bətnini öz nuru ilə dəldi.


Bir Fatimə tanıyıram – Dəfninə gecə şahid oldu.


Bir Fatimə tanıyıram – Günəş dünyanı nur saçıb isidərkən vəhy evi onun yoxluğu səbəbi ilə donurdu.


Bir Fatimə tanıyıram – torpağa yox, qəlblərə dəfn olundu.


Bir Fatimə tanıyıram – onu axtaranları hidayət etdi.


Bir Fatimə tanıyıram – Xeybəri fəth edən qəhrəmanı yalqız və tənha buraxdı.


Bir Fatimə tanıyıram – deyirəm, lakin yenə də onu heç tanımıram.
.....................................................................................................................................


Fatimə binti Əsəd.


Bir Fatimə tanıyıram – Kəbə onun üçün yarıldı.


Bir Fatimə tanıyıram –Kəbədə Fatiməyə yar olacaq nuru göy üzündən yer üzünə nazil etdi.


Bir Fatimə tanıyıram – Həzrət Xədicədən sonra Allah Rəsuluna (s) iman gətirən ikinci xanım idi.


Bir Fatimə tanıyıram – Məkkədən Mədinəyə həzrət Əli (ə) ilə hicrət edən ilk qadın idi.


Bir Fatimə tanıyıram – Peyğəmbərə (s) beyət ilk beyət edən qadın idi.

 

Bir Fatimə tanıyıram – Allah Rəsuluna(s) kiçik yaşlarında himayədarlıq etdi.


Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) o vəfat etdiyində “anam vəfat etdi” buyurdu.


Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) onu öz köynəyinə bükərək qəbrində bir neçə anlıq uzandı.


Bir Fatimə tanıyıram – Bəziləri onun bu əməllərinə təəccüb etdikdə buyurdu: “Niyə təəccüb edirsiniz. Həqiqətən o, mənim anam idi. O yeməyi ilk öncə mənə verər məni doyurar sonra övladlarına verərdi, və digər bütün işlərdə mənə önə salardı.”


Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) onun barəsində buyurdu: “Əbu Talibdən sonra mənə ən çox yaxşılıq edən o idi.”


Bir Fatimə tanıyıram – Cəbrayıl (ə) buyurdu: “O Cənnət əhlidir. Allah 70 min mələyə əmr etdi ki, ona cənazə namazı qılsın.”


Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) öz mübarək əlləri ilə onu dəfn etdi.


Bir Fatimə tanıyıram – İbn Abbas “Mumtəhinə 12-ci ayəsi onun barədə nazil oldu” buyurdu.


.....................................................................................................................................
Fatimə binti Muhəmməd (s)


Bir Fatimə tanıyıram –Ondan bizə bir Yusif (ə.f) əmanət qalıb.


Bir Fatimə tanıyıram – Özü kimi Yusifidə (ə.f) məzlumdur.


Bir Fatimə tanıyıram – Yusifinin (ə.f) gəlişi ilə məzarı ziyarətgaha çevrilər.


Bir Fatimə tanıyıram – Yusifini (ə.f) o da gözləyir.


Bir Fatimə tanıyıram – Fatimələr sorağındadır.


Bir Fatimə tanıyıram –Fatiməsiz qalıb.

 

Mahir Şəkərov – İlahiyyatçı araşdırmaçı

Fatimə binti Muhəmməd (s)
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap