header

 İslamiyyət və cümhuriyyətdən əl çəkən deyilik – Həsən Ruhani

“Dünyada heç bir qüvvə İran xalqını nurdan zülmətə qaytara bilməz. İslamiyyət və cümhuriyyətdən əl çəkən deyilik”

İslaminSesi.info İRNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani İslam inqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin məzarını ziyarət edərkən deyib.

 

İslam İnqilabının 39-cu ildönümü ilə bağlı baş tutan ziyarət zamanı Həsən Ruhani şah rejiminin zülmündən və yaratdığı zülmətdən söz açaraq bildirib ki, iranlılar bir daha heç vaxt nurdan zülmətə qayıtmayacaqlar.

 

İran prezidenti bildirib ki, şah rejimi xalqın səsini tənqid etdiyinə görə hər şeyi itirdi.

 

İmam Xomeyninin qoyub getdiyi hökümətin islamın kölgəsində yaranan xalq hakimiyyəti olduğunu vurğulayan Həsən Ruhani əlavə edib ki, BMT Təhlükəsizlik Şurasını nəzarətdə saxlayıb öz əmrləri üçün səfərbər edənlər bilməlidir ki, iranlılar nurdan zülmətə qayıtmayacaqlar.

 

Həsən Ruhani İran İslam İnqilabının 39-cu ildönümü ilə bağlı deyib:

 

“Bizim millət 22 bəhmən günündə yenə sübut edəcək və inqilaba, sistemə və rəhbərə necə vəfadar olduğunu nümayiş etdirəcək”

“Dünyada heç bir qüvvə İran xalqını nurdan zülmətə qaytara bilməz. İslamiyyət və cümhuriyyətdən əl çəkən deyilik”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap