header

 İŞİD-in Əfqanıstana gətirilməsi ABŞ-ın varlığı üçündür

Ayətullah Xamnei: Onlar istəyirlər ki, dövlətlərin başları özlərinə qarışsın"

Bu gün İranın paytaxtı Tehranda keçirdiyi toplantıda çıxış edən Ayətullah Seyid Əli Xamnei Əfqanıstanda baş verən son terror hadisələrində günahsız insanların dünyasını dəyişməsinə münasibət bildirib. 

FaktXəbər-in "Mehr" agentliyinə istinadən məlumatına görə, İŞİD-in son aylar ərzində Əfqanıstandakı terror hadisələri üzərində imzası olduğunu bildirən Ali lider, "İŞİD-i Suriya və İraqda xalqa qarşı edilən cinayətlərdə alət kimi istifadə edən ölkələr indi də o bölgələrdə məğlubiyyətə uğramalarından sonra terrorçuları Əfqanıstana göndəriblər. Şiə və sünni fərq etmədən bütün vətəndaşlar terrorçuların hədəfi halına gəlib. ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana yönləndirməsinin səbəbi bölgədəki varlığını davam etdirməkdir. Əfqanıstandakı inamsızlığın səbəbi şəxsən Amerikanın özüdür. Ötən 20 il ərzində bölgədə aparılan cinayətlər vasitəli və ya vasitəsiz olaraq ABŞ-dan qaynaqlanır", - deyə bildirib.

"ABŞ regionun gözəl günlərə çıxmasını istəmir. Onlar istəyirlər ki, dövlətlər və millətlərin başları özlərinə qarışsın, sionizmin hədəflərini görməsinlər", - deyə əlavə edib Ayətullah Xamenei.

Ayətullah Xamnei: Onlar istəyirlər ki, dövlətlərin başları özlərinə qarışsın"
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-30-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap